Rəqəmsal müyəssərlik həlləri təqdim edən Corpowid Azərbaycanda fəaliyyətə başlayıb

Azərbaycanda rəqəmsal müyəssərlik həlləri təqdim edən şirkət fəaliyyətə başlayıb.

Yerli şirkət internet texnologiyalarını fiziki məhdudiyyətli və əlilliyi olan istifadəçilərə əlçatan etmək üçün xüsusi proqram təminatı olan “Corpowid – rəqəmsal müyəssərlik həlli”ini təqdim edib. Corpowid, internet resurslarındakı müyəssərlik funksionallığını və rəqəmsal əlçatanlığı kod strukturundan, tərtibatçısından, həcmindən və ya digər xüsusiyyətlərindən asılı olmayaraq avtomatik olaraq təmin edə bilir.

Widget, 10-dan çox dildə olub, çox asanlıqla istənilən internet saytına quraşdırıla bilir. Quraşdırıldıqdan sonra, internet saytınız əlilliyi olan istifadəçilər, o cümlədən epilepsiya, disleksiya, görmə qabiliyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə sağlamlıq imkanları məhdud istifadəçilər üçün nəzərdə tutulmuş funksionallıqla təmin olunur.

Dünya internet resurslarının böyük hissəsi, 96 %-dən çoxu fiziki məhdudiyyətli istifadəçilər üçün uyğun deyil. Sevindirici haldır ki, ölkəmizdə bu problemə son zamanlarda xüsusi diqqət yetirilməkdədir və artıq bir çox dövlət internet resursları inklüzivlik funskionallığını öz istifadəçilərinə təqdim edirlər.

“Corpowid – rəqəmsal müyəssərlik həlli”inin bir sıra üstün cəhətləri vardır. Belə ki, təqdim olunan rəqəmsal həll mobil cihazlarda çalışır və tam təhlükəsizdir. Şirkətlərin korporativ kimliyinə rahatlıqla uyğunlaşdırıla bilən proqram təminatı quraşdırıldıqdan sonra internet saytında olan məzmun və başqa dəyişiklikləri avtomatik olaraq “anlayır”. Əlavə olaraq siz quraşdırılan müyəssərlik widget`inin mövqesini və ölçüsünü internet saytınızın vizuallığına uyğun olaraq şəkilləndirə bilərsiniz. Bütün bunlarla yanaşı önəmli üstünlüklərdən biri də odur ki, şirkətin xüsusi təlim keçmiş əməkdaşları 24/7 ödənişsiz texniki xidmət göstərirlər.

Corpowid rəqəmsal məhsul olaraq davamlı şəkildə şirkət mütəxəsisləri tərəfindən inkişaf etdirilir və yeni funksionallıqlar avtomatik olaraq quraşdırılmış internet resurslarında öz əksini tapır. Yaxın zamanda epilepsiya, görmə qabiliyyəti məhdud və koqnitiv pozğunluğu olan istifadəçilər üçün nəzərdə tutulmuş “Başlıqların seçilməsi” və “Animasiyalara fasilə ver” funskionallığı istifadəyə verilib. Növbəti addım olaraq “Mətnlərin mövqesi” və “Canlı rejimdə tərcümə” funksionalığı qısa zamanda istifadəçilərə təqdim olunacaq.

Dünyanın bir çox ölkəsində satışa çıxması planlaşdırılan “Corpowid – rəqəmsal müyəssərlik həlli”inin məqsədi internet resurslarını sağlamlığından asılı olmayaraq hər kəs üçün əlçatan edərək bərabərhüquqlu şəkildə istifadəni təmin etməkdir. Unutmayın ki, rəqəmsal əlçatanlıq bütün istifadəçilərin HAQQIDIR.

Ətraflı məlumat almaq və “Corpowid – rəqəmsal müyəssərlik həlli”ini canlı rejimdə demo olaraq istifadə etmək üçün www.corpowid.com internet saytımızı ziyarət edin.

spot_imgspot_img

Oxşar xəbərlər

ABŞ SEC kripto saklama üçün yol xəritəsini açıqlayır: şirkətlər blockchain texnologiyasına uyğunlaşır

ABŞ SEC kripto aktivlərin saxlanması üzrə yeni yol xəritəsini təqdim edib. Agentlik şirkətləri blockchain texnologiyasına uyğunlaşdırmağa çalışdığını bildirir.

Rusiya Mərkəzi Bankı rəqəmsal rublla bankomatlardan nağd çıxarışa icazə verməyi planlaşdırır

Rusiya Mərkəzi Bankı rəqəmsal rubl hesablarından bankomatlardan nağd pul çıxarışına icazə verməyi planlaşdırır. Hesabların 14 yaşından açılması təklif olunur.

Avropa Mərkəzi Bankları stablecoin gəlir qadağasını kripto kreditləşmə və staking-ə də yaymaq istəyir

Avropa Mərkəzi Bankları stablecoin gəlir qadağasını kripto kreditləşmə və staking xidmətlərinə də şamil etməyi təklif edir. Tənzimləyicilər dolayı gəlir strukturlarının bank depozitləri ilə rəqabəti təhrif etdiyini bildirir.

TechCrunch Disrupt 2026 sərgisində iştirak üçün son müraciət imkanı

TechCrunch Disrupt 2026 sərgi proqramı bir həftəlik yenidən açılıb; startaplar sentyabrın 30-dək müraciət edə bilər.

SpaceXAI kodlaşdırma üçün nəzərdə tutulan Grok 4.7 modelini təqdim etdi

SpaceXAI kodlaşdırma və uzunmüddətli tapşırıqlar üçün nəzərdə tutulan Grok 4.7 modelini təqdim edib.
spot_img