Perksit işçilər üçün ilk loyallıq kartı

Yerli startap (startup) Perkskit şirkəti Accessbank ilə birgə və Mastercard-ın dəstəyi ilə, işçilər üçün xüsusi bank kartını təqdim edir.

Bu günlərdə şirkətlər işçilərini məmnun və bağlı saxlamaq üçün müxtəlif loyallıq proqramları təklif edir. Bu proqramlar maaş qədər vacibdir. Amma hər işçinin maraqları fərqli olduğundan, ayrılan loyallıq büdcəsi səmərəsiz istifadə olunur. İşçilər özlərini şirkətə bağlı hiss etmədikdə işdən çıxırlar. Yeni işçinin tapılması və adaptasiyası isə şirkətlər üçün vaxt və maliyyə itkisidir.

Perkskit, şirkətlərə işçilərin bonuslarını, mükafatlarını, güzəştlər büdcəsini və hətta əmək haqqını özəl debet kartına köçürməyi təklif edir.

Bu kart ilə işçilər, 100-dən çox məkanlarda ödəniş etdikdə 30%-dək kəşbək və NFC ödəmələrində 10%-dək endirim əldə edəcəklər. Həmçinin, Accessbank-dan sərfəli kredit imkanları və kart balansı üzrə gəlir qazanacaqlar. Beləliklə, işçilərin maddi rifahı artacaq və özəl debet kartının onlara dəyər qatdığını anlayaraq şirkətlərinə daha sadiq qalacaqlar.

Şirkətlər isə bu vəsaitləri köçürdükdə heç bir komissiya ödəməyəcəklər (adətən əməkhaqqı fondu və bonuslarda 0,8% komissiya bank tərəfindən tutulur). Bu, əməkdaş sayısı çox olan şirkətlərdə xeyli qənaət deməkdir.

Bundan əlavə, Perkskit şirkəti, işçi bağlılığını təmin edən HR proqram təminatını və əməkdaşlar üçün mobil tətbiq həllini, kart sifarişi edəcək korporativ müştərilərə bir paketdə təklif edir.

Kart və HR proqram təminatını əldə edərək, işçi bağlılığını təmin etmək istəyən korporativ şirkətlər Perkskit-in veb saytında (https://perkskit.com“Bizimlə Əlaqə” hissəsində formu dolduraraq müraciət edə və ya info@perkskit.com email ünvanına yaza bilərlər.

İşçilərinizi məmnun və bağlı saxlamaq, xərclərinizə qənaət etmək üçün bu fürsəti qaçırmayın!

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixində verilmiş 245 saylı lisenziya əsasında Bakı şəhəri, AZ1065, Tbilisi prospekti 3 ünvanında fəaliyyət göstərir. Əlaqə: 151.

spot_imgspot_img

Oxşar xəbərlər

Papara-ya qanunsuz mərc əməliyyatı: 8 şirkət və çoxsaylı əmlaka həbs qoyuldu

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan qanunsuz mərc araşdırması...

Şanxay yaxın üç ildə 50 min strimeri onlayn ticarətin inkişafı üçün təlimləndirəcək

Çində internet istifadəçilərinin 75%-i canlı yayım izləyir. Strimlər ölkədəki...

2025-ci ildə Türkiyədə Ən Populyar 9 Onlayn Ticarət Platforması

Türkiyənin elektron ticarət bazarı texnoloji inkişaflar və gənc, texnologiyaya...

Alibaba Group 100 Özbək şirkəti üçün ixrac akselerasiya proqramına start verib

Daşkənd, Özbəkistan (UzDaily.com) — Çin Xançjou şəhərində Özbəkistan Respublikasının...

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Umico, müştərilərinin alış-veriş təcrübəsini daha sərfəli və rahat etmək...
spot_img