SUP.VC Azərbaycanın süni intellekt sahəsində irəliləyişinə töhfə verir

SUP.VC, Azərbaycanın süni intellekt sahəsində inkişaf məqsədilə bir sıra layihələr və tədbirlər həyata keçirir.

Şirkətin direktoru Rəşad Eyvazov qeyd edir ki, “Biz süni intellekt icmasının formalaşmasına yönəlmiş layihələrin icrasını daha da intensiv şəkildə davam etdirəcəyik. Bunun üçün ölkədə süni intellektin inkişafına dair yerli və xarici tərəfdaşlarla birgə bizim tərəfimizdən yol xəritəsi hazırlanır.”

Bu təşəbbüsün göstərici olaraq, SUP.VC tərəfindən Azərbaycanda ilk dəfə GPT-4o hackathon keçirilib. Bu hackathonun ən böyük məqsədi gənclərin süni intellekt anlayışını təkmiləşdirmək olub.

21-22 iyul tarixlərində SUP.VC tərəfindən təşkil edilən və Yaradıcı Mərkəzdə keçirilən “GPT-4o Hackathon”u, süni intellektin gücündən istifadə edərək innovativ həllər yaratmaq istəyən sahibkarlar, proqramçılar və tələbələri bir araya gətirib. 48 saatlıq bu tədbir, süni intellektin tətbiq sahələrindəki potensialını nümayiş etdirməklə yanaşı, iştirakçılara öz yaradıcılıq və texnoloji biliklərini göstərmək üçün unikal bir platforma təqdim etdib.

SUP.VC, “GPT-4o Hackathon”dan öncə də süni intellekt sahəsində bir sıra əhəmiyyətli tədbirlər təşkil etmişdir. Bu tədbirlər arasında xüsusilə “Pie & AI” və “AI for Future” adlı tədbirlər nəzərə çarpır:

• “Pie & AI”: Bu tədbir, süni intellekt sahəsində çalışan mütəxəssislər və gəncləri bir araya gətirərək, yeni texnologiyaların və metodların müzakirəsini təşkil etmək məqsədi daşıyırdı. Tədbir iştirakçıları, süni intellektin müxtəlif sənaye sahələrindəki tətbiqlərini öyrənmə və müzakirə etmək imkanı əldə etdilər.

• “AI for Future”: Süni intellektin gələcəkdə insan həyatına necə təsir göstərə biləcəyi mövzusunda təşkil edilən talkda, iştirakçılar süni intellektin cəmiyyət, iqtisadiyyat və texnologiya sahələrində yaratdığı potensial imkanları və çağırışları müzakirə etdilər.

Süni intellektin inkişafına yönəlmiş gələcək addımlar:

SUP.VC, “GPT-4o Hackathon” və digər tədbirlərlə məhdudlaşmır və gələcəkdə daha çox süni intellektə yönəlmiş tədbirlər keçirməyi planlaşdırır.

Tədbirlər arasında süni intellekt konfransları, işgüzar görüşlər və təlim proqramları da nəzərdə tutulur.

SUP.VC-nin bu istiqamətdəki səyləri, Azərbaycanın süni intellekt sahəsində lider ölkələrdən biri olma potensialını artırmaq məqsədi daşıyır. Bu tədbirlər, həmçinin ölkədə süni intellekt sahəsində insan resurslarının inkişafını təşviq edəcək və yerli innovasiya ekosistemini gücləndirəcəkdir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bakıda rəqəmsal maliyyə ekosistemi konfransı keçirilir

Bakıda dövlət maliyyəsinin rəqəmsallaşması, süni intellekt və ödəniş sistemlərinə həsr olunmuş konfrans keçirilir.

Meta Muse 10 milyon istifadəçiyə çatdı: alış-veriş əsas fəaliyyətə çevrildi

Meta-nın Muse süni intellekt tətbiqi 10 milyon istifadəçini keçib, alış-veriş ən populyar funksiyalardan birinə çevrilib.

ChatGPT reklam platforması 89 ölkəyə qədər genişləndi

OpenAI ChatGPT-nin reklam platformasını daha 26 bazar əlavə edərək 89 ölkəyə çatdırıb və süni intellekt əsaslı reklam kanalını qlobal miqyasda genişləndirib.

Meta konfidensiallıq pozuntularına görə 25 milyard dollar cərimə ödəməli olacaq

Meta Cambridge Analytica işi ilə bağlı konfidensiallıq pozuntularına görə 25 milyard dollar ödəməli olacaq.

Tesla Optimus robotlarının Kaliforniyada istehsalına başladı, mənfəət 43 faiz azaldı

Tesla Kaliforniyada Optimus humanoid robotlarının seriyalı istehsalına başlayıb, lakin süni intellekt və robototexnika xərcləri səbəbindən mənfəət 43 faiz azalıb.
spot_img