Pavel Durovun yeni NOTCOIN oyun kriptovalyutasını necə qazanmaq olar?

Notcoin nədir və notcoinləri necə qazanmaq olar? Telegram-da yeni kriptovalyuta haqqında hər şey

Əyləncə yoxsa real pul?

Bu ilin yanvar ayında Telegram messencerində Notcoin adlı yeni oyun əsaslı kriptovalyuta istifadəyə verilib. Bəs görəsən – Pavel Durovun yeni kriptovalyutası, messencerin imkanlarının nümayişi və yaxud sadəcə mem oyunu?

Gəlin bu məsələni bir az dərindən araşdıraq.

Notcoin nədir?
Notcoin Telegram messencerində quraşdırılmış proqram və eyni adlı kriptovalyutadır. Hazırda bu kriptovalyuta alınıb-satılmır, lakin Binance birjasında artıq səhifəsi var. Nüfuzlu investor forumu SmartLab isə bildirir ki, bir tokenin qiyməti 0,0001 ABŞ dollarıdır. Yəni 10.000 Notcoin = 1 ABŞ dolları.

Notcoin qazanmaq üçün nə etmək lazımdır?

Yeni istifadəçilər başlanğıcda hədiyyə kriptotokenlər ala bilərlər. Bunun üçün onlar dəvət keçidlərindən istifadə edərək qeydiyyatdan keçməlidirlər. Keçiddən istifadə edərək qeydiyyata düşsəniz, sadə telegram istifadəçisi 2500, Premium telegram istifadəçisi isə 50000 token dərhal qazanmış olacaq.

Qeydiyyat üçün bu keçiddən istifadə edə bilərsiniz: – NotCoin Game

Oyuna başladıqda isə, sadəcə ekranın mərkəzində bir TOKEN görəcəksiniz. Həmin tokenə tez-tez tıklayaraq tokenləri toplaya bilərsiniz. Qeyd edək ki, Notcoin yalnız Telegram mobil proqramında qazanıla bilər.

Düyməni tıklamaqla hər tıklmaya görə biz bir token qazanırıq. Yəni, tokenə nə qədər çox tıklasanız, bir o qədər çox qazanırsınız.

Üstdə balansınız, aşağıda isə indikatoru 1000 olan enerji zolağı var. Tokenə min dəfə tıkladıqda enerji tükənəcək və enerjinin tam bərpa olunması üçün bir neçə dəqiqə gözləmək lazımdır.

Diqqət: tokenlər və enerji yalnız proqram açıq olduqda və ekran kilidi açıldıqda bərpa olunur

Bonuslardan necə istifadə etmək olar?
Oyunda müvafiq bölmədə mövcud bonuslar var. Gün ərzində enerjinizi üç dəfə pulsuz olaraq tamamilə bərpa edə və üç dəfə “raket” aktivləşdirə bilərsiniz – bonusdan istifadə etdikdən sonra ekranda token ilə bir raket görünəcək. Raketin üzərinə tıklasanız, qazandığınız tokenlər müəyyən müddət ərzində bir neçə dəfə artacaq.

Ödənişli bonuslar enerjini tam bərpa etməyə, onun bərpa sürətini artırmağa və tıklama başına qazanılan tokenlərin sayını artırmağa imkan verir. Oyunda 20.000 tokenə başa gələn bir bot da var: o, alışdan bir saat sonra işə düşür və proqram bağlı olduqda belə sizin üçün tokenləri toplamağa başlayır.

Auto Bot çox yaxşı köməkçidir və bizə görə 20K-a çatan kimi onu almalısan.

Daha çox token necə qazanmaq olar?
Yuxarıda təsvir edilən üsullara əlavə olaraq, dostları tətbiqə dəvət etməklə qazanılan tokenlərin sayını artıra bilərsiniz. Həmçinin Notcoin-dən tapşırıqları yerinə yetirə bilərsiniz: məsələn, təklif olunan kanallara abunə olun, web3 proqramlarını işə salmaq və s.

Hər tamamlanan tapşırıqdan sonra tokenlər avtomatik olaraq verilməyəcək – bunun üçün EARN bölməsinə keçərək, tokenləri götürməyiniz lazım olacaq.

Notcoin-də hansı səviyyələr (liqalar) var?
Oyuna davam etdikdə, tədricən yeni səviyyələrə keçəcəksiniz (Notcoin-də onlara liqalar deyilir). Əvvəldə bürünc səviyyəsindəsiniz, sonra gümüş, qızıl və s.

  • Bürünc – 0 toke
  • Gümüş – 200.000 tokenə qədər
  • Qızıl – 200.000 tokendən
  • Platin – 2.000.000 tokendən
  • Almaz – 10 000 000 tokendən

Yeni səviyyəyə keçdiyiniz zaman da tokenlər verilir. Premium abunəsi olan istifadəçi adi istifadəçidən daha çox token alacaq: məsələn, “Qızıl”a yüksəldərkən premium 250.000 token, sadə isə cəmi 25.000 toke qazanacaq.

Notcoin də istənilən teleqram kanalını təşkil edə bilən heyət və ya komandalara (Squad) malikdir. Heyətlər bir-biri ilə rəqabət aparır və komanda üzvlərinin qazandıqları xallar liderlər lövhəsində mövcuddur. Qazandığınız hər Notcoin üçün heyətə bir xal verirsiniz.

Yekunlaşdıraq; Notcoin nədir?
Hələlik bu, sadəcə bir klik oyunu və eyni adlı kriptovalyutadır. Ancaq sonra nə olacaq, neçəyə başa gələcək və harada satmaq və başqa bir kripto və ya real pula dəyişdirmək mümkün olub-olmayacağı bilinmir. Notcoin müəlliflərinin özləri bu barədə dedikləri: “Bundan sonra nə olacaq? Heç kəs bilmir. Və bu, gözəldir”.

Hazırda Notcoin-in nə olduğu mövzusunda dörd versiya var; Birincisi, Telegram üçün pulsuz reklam, ikincisi, insanları əyləncəli şəkildə kriptovalyutaya öyrədən bir həll, üçüncüsü, oyunçuların telefonlarında gizli mədənçilik, dördüncü, tam hüquqlu kriptovalyutanın satışa çıxarılmasından əvvəlki ilkin mərhələ.

Beləliklə Notcoin oyununa başlamaq, web3-ə ilk addımları atmak istəyirsinizsə, keçidə klikləyib oyuna başlaya və dərhal 50 min tokenədək qazana bilərsiniz – NotCoin Game

spot_imgspot_img

Oxşar xəbərlər

Türkiyədə e-ticarət həcmi 2023-cü ildə 1,85 trilyon lirəyə çatıb

Türkiyədə e-ticarət həcmi 2023-cü ildə 1,85 trilyon lirəyə çatıb....

Google Hindistanın e-ticarət nəhəngi Flipkarta 350 milyon dollar sərmayə qoyur!

Bengaluru mərkəzli Flipkart, Android istehsalçısı Google ilə razılaşmanın bir...

Amazon Böyük Britaniyada mikromobil mərkəzləri qurur

Amazon, Böyük Britaniyadakı müştərilərə çatdırılmanı daha efekktiv etmək üçün...

LC Waikikidən yeni lcw.com marketplace təqdim edilib

LC Waikiki, İstanbul Rəqəmsal Təcrübə Muzeyində öz e-ticarət saytı...

Umico-ya yeni rəhbər təyin edilib

Competo MMC-nin rəhbərliyində dəyişiklik baş verib. Belə ki, Competo...
spot_img