Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi

Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir qadınların texnologiya sahəsindəki rolunu gücləndirir.

Bir ekosistemi texnologiya sahəsində qadınların iştirakını genişləndirmək, onların potensialını üzə çıxarmaq və real inkişaf imkanları yaratmaq məqsədilə “Ctrl is hers” proqramına start verir.

Proqramın məqsədi data analitikası, kibertəhlükəsizlik, süni intellekt, proqramlaşdırma, bulud texnologiyaları və digər rəqəmsal istiqamətlər üzrə karyera qurmaq istəyən qadınlara dəstək olmaqdır.

“Ctrl is hers” proqramı yalnız iştirakçılara bilik və bacarıq verməklə kifayətlənmir – ölkənin rəqəmsal ekosistemində güclü qadın istedadların formalaşmasına dəstək olmağı və daha inklüziv texnologiya mühitini yaratmağı hədəfləyir.

Proqramda texnologiya ixtisasları üzrə təhsil alan qadın tələbələr, yeni məzunlar, karyerasını texnologiya sahəsinə yönləndirmək istəyən qadınlar, eləcə də texnoloji rollarda karyeraya sahib olan qadın mütəxəssislər iştirak edə bilərlər.

İştirakçılar texniki və yumşaq bacarıqlar üzrə təlimlər almaqla yanaşı, praktik layihələr üzərində çalışacaq və real iş mühitində təcrübə qazanacaqlar.

Sonda yüksək nəticə əldə etmiş iştirakçılar Bir daxilində təcrübə proqramları, mentor dəstəyi və karyera imkanlarından faydalana biləcəklər.

Qeydiyyat üçün son tarix: 23 may 2026-cı il

Proqram haqqında ətraflı məlumat:  www.b-b.az/hrcareer

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və “m10” rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də “Trendyol Azərbaycan” və “BakıKart”la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: https://bir.az/ 

spot_imgspot_img

Oxşar xəbərlər

EDX Markets və Verified X tokenləşdirilmiş bitcoin ticarəti üçün tərəfdaşlıq edir

EDX Markets və Verified X institusional spot ticarət üçün tokenləşdirilmiş bitcoin (vBTC) təqdim etmək üzrə tərəfdaşlıq elan edib.

Revolut özünəməxsus ətir yaratmağı planlaşdırır

Fintech nəhəngi Revolut öz brendini unikal ətirə çevirmək üçün ətir brendinq agentliyi axtarır.

TechCrunch Disrupt 2026 yan tədbirləri startup ekosistemi üçün imkanlar yaradır

TechCrunch Disrupt 2026 çərçivəsində San-Fransiskoda keçiriləcək yan tədbirlər startup sahibkarları və investorlar üçün yeni əlaqələr qurmaq imkanı yaradır.

Süni intellekt şirkətlərinin top-menecerləri neyron şəbəkə fəlakətinə hazırlaşır

Süni intellekt şirkətlərinin top-menecerləri neyron şəbəkələrinin iştirakı ilə baş verə biləcək fəlakətli insidentə hazırlaşır.

Elon Musk Hindistanın Starlink buraxılışının gecikməsində Ambanini günahlandırır

Elon Musk Hindistanda Starlink buraxılışının gecikməsinə görə Mukesh Ambanini günahlandırır və telekom rəqabətində gərginlik artır.
spot_img