“PashaPay” ilə möcüzələr geri qayıdır!

m10 tətbiqində yaradılan “Hər ürəyə bir sevinc. İlin yekunları və yaxşılıq etmək imkanı” bölməsinə daxil olub ödəmələr zamanı yığılan Umico bonuslarınız və pulqabındakı şəxsi vəsaitinizdən siyahıda təqdim olunan xeyriyyə fondlarından birinin hesabına ianə köçürə bilərsiniz.

“PashaPay” “Hər ürəyə bir sevinc” Yeni il kampaniyasına start verib.

Yeni İl həmişə möcüzə gözləmək və xeyirxahlıq etmək üçün yeni başlanğıclar deməkdir. “PashaPay” bu il də Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bizi birləşdirəcək xeyriyyə aksiyasına başlayıb.  Məqsəd ehtiyac sahiblərinə yardım etmək, bununla da insanların möcüzələrə inamını geri qaytarmaqdır.

Kampaniyanın şərtləri çox sadədir. m10 tətbiqində yaradılan “Hər ürəyə bir sevinc. İlin yekunları və yaxşılıq etmək imkanı” bölməsinə daxil olub ödəmələr zamanı yığılan Umico bonuslarınız və pulqabındakı şəxsi vəsaitinizdən siyahıda təqdim olunan xeyriyyə fondlarından birinin hesabına ianə köçürə bilərsiniz. Kampaniya yanvarın sonunadk davam edəcək, lakin yardımlar üçün köçürmə həmişə mümkün olacaqdır.   

Kampaniya üçün nəzərdə tutulmuş məbləğin tən yarısını “PashaPay” ailəsi ödəyib, digər yarısının isə kampaniya çərçivəsində toplanması ümid edilir.

Tətbiqdəki xeyriyyə fondlarının sayı gələcəkdə artırılacaq və beləliklə m10 elektron pulqabısı nəinki rahat ödəmə vasitəsi, həm də rahat və şəffaf ianə vasitəsi kimi əhalinin xidmətində olacaq.

spot_imgspot_img

Oxşar xəbərlər

DCase korporativ xidmət proseslərini süni intellektlə avtomatlaşdırır

Korporativ xidmət idarəetməsi platforması DCase agent əsaslı süni intellekt imkanlarını məhsuluna inteqrasiya edib.

Microsoft-un qlobal sətri bank və aviaşirkətləri də vurdu

Microsoft-un bulud xidmətlərində baş verən genişmiqyaslı sətir banklar, investisiya şirkətləri və aviaşirkətlərin iş proseslərinə təsir edib.

ChatGPT Wallet istifadəçilər üçün alış-verişi avtomatlaşdırır

OpenAI ChatGPT Wallet funksiyasını təqdim edib: süni intellekt agentləri istifadəçilər adına alış-veriş edib ödənişi tamamlaya biləcək.

SpaceX və Tesla birləşməsi 30 min bitcoinı gündəmə gətirdi

SpaceX və Tesla arasında birləşmə danışıqlarının dekabrda yekunlaşa biləcəyi bildirilir, bu isə 30 min bitcoinı gündəmə gətirib.

Claude Meetings beta rejimində istifadəyə açıldı

Anthropic görüşlərin avtomatik emalı üçün Claude Meetings alətini beta rejimində istifadəyə açıb.
spot_img