“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək

28, 29, 30 iyun 2024-cü il tarixlərində, “The Ritz-Carlton Baku” otelində “PAŞA Holding”in təşkilatçılığı ilə “PASHA Hackathon 4.0” keçiriləcək. Hakatonun bu dəfəki mövzusu “PashaPay” tərəfindən həyata keçirilə biləcək yeni ideyaları təşviq etməkdir.

Belə ki, yarışçılar 3 gün ərzində PashaPay tərəfindən təqdim olunan “challenge” üzərində düşünərək, şirkət üçün yeni ideyalar təqdim etməli olacaqlar. Keçən il olduğu kimi, bu dəfə də hakatonun sonunda ilk üç yeri tutan komandaya müvafiq olaraq mükafatlar veriləcək: 1-ci yer 6000 AZN; 2-ci yer 4000 AZN; 3-cü yer 2000 AZN.

Qeyd edək ki, “PASHA Hackathon” innovativ məhsullar yaratmaq üçün keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. “PASHA Hackathon” tələbələri, biznes və marketinq mütəxəssislərini, dizaynerləri və tərtibatçıları 10 may-10 iyun tarixləri arasında www.pashahackathon.az saytında qeydiyyatdan keçməyə və iştirakçı olmağa dəvət edir. “Hackathon”da iştirak etmək üçün giriş haqqı ödənilmir. Məkan, o cümlədən yemək, içki və digər xidmətlər ilə əlaqədar bütün xərclər qarşılanıb.

Xatırladaq ki, PAŞA Holding tərəfindən “PASHA Hackathon” artıq 4-cü ildir ki təşkil olunur. “Hackathon”un təşkil edilməsində məqsəd gənclər arasında innovativ düşüncə tərzini, həll yönümlülüyü təşviq etmək, eləcə də ölkədə innovativ mədəniyyətin inkişafını dəstəkləməkdir.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img