PAŞA Bank və Div Academy “AI for Good” təlim proqramına qeydiyyatı açıb

PAŞA Bank və Div Academy birgə əməkdaşlıq çərçivəsində süni intellekt sahəsində yeni təlim proqramı — “AI for Good” layihəsinə qeydiyyatı başlayıb. Proqram valideynini itirmiş, 18–23 yaş arası gənclərin rəqəmsal bacarıqlara çıxışını artırmağı və onların əmək bazarına inteqrasiyasını dəstəkləməyi məqsəd qoyur.

Təlim tam ödənişsizdir və bütün xərclər layihə tərəfdaşları tərəfindən qarşılanır.

Üç ay davam edəcək proqram çərçivəsində iştirakçılar:

  • süni intellektin əsasları və istifadə sahələri,
  • no-code texnologiyaları və onların biznes proseslərində tətbiqi,
  • rəqəmsal bacarıqların inkişafına yönəlmiş praktiki yanaşmalar

üzrə biliklər əldə edəcəklər.

Təlim prosesi mentorluq görüşləri, sahə mütəxəssisləri ilə interaktiv sessiyalar və real layihələr üzərində çalışma imkanları ilə tamamlanacaq.

Layihə PAŞA Bankın sosial məsuliyyət istiqamətində həyata keçirdiyi fəaliyyətlərə uyğundur və gənclərin rəqəmsal savadlılığının artırılması, eləcə də gələcək peşə seçimlərinə dəstək göstərilməsi məqsədini daşıyır. Bank bildirir ki, gənclərin inkişafını və təhsil imkanlarının genişləndirilməsini növbəti illərdə də prioritet istiqamət kimi davam etdirməyi planlaşdırır.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img