Özbəkistanda nağd alışlara limit tətbiq ediləcək

Özbəkistanda 2026-cı il aprelin 1-dən etibarən alkoqol, tütün məmulatları, avtomobil və mənzilləri nağd ödənişlə almaq qadağan ediləcək

Həmçinin dəyəri 25 milyon sumdan (2025-ci il 11 dekabr tarixinə görə təxminən 3 min AZN) yuxarı olan mallar da nağd şəkildə ödənilə bilməyəcək.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu barədə fərmanı 2025-ci il dekabrın 10-da imzalayıb. Qərar 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.

Sənədə əsasən, nağd pul ilə aşağıdakılar ödənilə bilməyəcək:

  • alkoqol və tütün məhsulları,
  • elektrik enerjisi, qaz və içməli su,
  • yanacaqdoldurma məntəqələrində yanacaq və ya elektromobilin enerjiyə doldurulması,
  • dövlət qurumlarının xidmətləri.

Bundan əlavə, nağd şəkildə 10 ildən az istismar müddəti olan M, N, O və G kateqoriyalı nəqliyyat vasitələri, eləcə də daşınmaz əmlak alınmayacaq. Qadağa həmçinin 25 milyon sumdan baha olan bütün mallara və xidmətlərə şamil ediləcək.

Özbəkistan hakimiyyəti 2030-cu ilə qədər ölkədə ticarət və xidmət sahəsində nağdsız ödənişlərin payını 75%-ə çatdırmağı planlaşdırır. Bu addımlar “kölgə iqtisadiyyatını” azaltmağa yönəlib.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img