Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir

Azərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha bir yeniliyə imza atır.  Şirkət “Azercell” mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” həllini istifadəyə verir. 

Bu gündən etibarən “AI Chat Bot” tətbiqin “chat” bölməsində müştərilərə operativ və fasiləsiz xidmət göstərir. Belə ki, abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll sorğuları 24/7 rejimində cavablandırır. Hazırda “AI Chat Bot”  yalnız Android platformasında mövcuddur, lakin tezliklə iOS istifadəçiləri üçün də əlçatan olacaq. Xidmətdən yararlanmaq üçün tətbiq yenilənməlidir.

Yeni xidmətin üstünlükləri:

– Müştəri sorğularını ani emal edir;

– Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır;

– Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir.

Həmçinin tətbiqin yeni versiyasında istifadəçilər xüsusi bölüm vasitəsilə tətbiqin funksionallığına dair təklif və istəklərini də rahatlıqla göndərə bilərlər.

Qeyd edək ki, Azercell ötən il Azərbaycan dilində tam spektr xidmət göstərən süni zəka əsaslı ilk virtual assistenti – “Aicell”i təqdim edib. Abunəçilərin bir çox sorğusunu özü icra edən “AiCell” ehtiyac olduqda zəngləri IVR və ya operatora yönləndirir.

Hər iki xidmətin ünsiyyət funksiyaları və xidmət imkanları daima genişləndirilir. 

Şirkət yeni xidmətləri ilə bağlantını asanlaşdırıb, həyatı daha dolğun etməyi hədəfləyir.

“Azercell” tətbiqini indi yükləyin və süni zəka texnologiyasının üstünlüklərindən faydalanın! 

Ətraflı məlumat üçün: https://www.azercell.com/az

spot_imgspot_img

Oxşar xəbərlər

Zilch Londonun yeni mərkəzinə köçür: Avropada genişlənmə planları

Fintex unikonu Zilch Londonun yeni baş ofisinə köçərək mövcud tutumunu iki dəfədən çox artırır və Avropada genişlənmə planlarını sürətləndirir.

JPMorgan JPM Coin-i Ethereum şəbəkəsinə keçirir: institusional müştərilər üçün yeni mərhələ

JPMorgan JPM Coin depozit tokenini Ethereum şəbəkəsinə keçirərək institusional müştərilərə ödəniş və tokenlaşdırılmış aktiv hesablaşmaları təklif etməyi planlaşdırır.

Aleksandr Van Meta-nı süni intellekt yarışına qaytardı: 28 yaşlı milyarder kimdir?

Meta Llama 4 modelinin uğursuzluğundan sonra yeni süni intellekt laboratoriyası yaradıb və onun rəhbərliyinə 28 yaşlı milyarder Aleksandr Vanı təyin edib.

Rusiya bankları və Mərkəzi Bank USDT sxeminə qarşı mübarizəyə başladı

Rusiya bankları və Mərkəzi Bank MDB ölkələrində USDT alışı və nağd satışı sxeminə qarşı birgə mübarizə aparır.

Dövlət Duması onlayn sifarişlərdə minimal qablaşdırma seçimini təklif edir

Dövlət Duması onlayn alışlarda artıq qablaşdırmadan imtina imkanını təklif edib ki, bu da e-ticarətdə davamlılıq trendini gücləndirir.
spot_img