OpenAI bildirib ki, Sora bir dəqiqəyədək davam edən mətn təlimatları əsasında fotorealistik videolar yaratmağa qadirdir.
Neyroşəbəkə “çox xarakterli mürəkkəb səhnələr, obyektlərin dəqiq təfərrüatları və fon” yaratmaq imkanına sahibdir. Model “real dünyada əşyaların fizikasını başa düşür” və “rekvizitlər və xarakter emosiyalarını” dəqiq şəkildə təkrarlaya bilir.
Sora həmçinin statik təsvir əsasında videolar yarada, mövcud videonun çatışmayan kadrlarını yarada və ya onu davam etdirə bilər. Bununla belə, OpenAI qeyd edir ki, AI hələ sınaq mərhələsindədir və “mürəkkəb səhnələrdə fizikanı dəqiq modelləşdirməkdə çətinlik çəkə bilər”.
Model hazırda məhdud sayda rəssam, dizayner və rejissor üçün əlçatandır. Şirkətin ictimai versiyanı nə vaxt buraxmağı planlaşdırdığı məlum deyil.
Daha çox video nümunə və ətraflı məlumatı buradan əldə edə bilərsiniz.