OpenAI Academy, süni intellektə yönəlmiş inkişafçılara və qurumlara sərmayə qoyacaq

Keçən il OpenAI, OpenAI Startup Fund vasitəsilə süni intellekt startaplarına 175 milyon dollardan çox sərmayə qoyma planları ilə gündəmə gəlmişdi. İndi isə OpenAI, süni intellektdən istifadə edən developerlərə və qurumlara dəstək olacaq OpenAI Academyni elan edib.

Şirkətin verdiyi məlumata görə, akademiya süni intellektin transformasiyaedici potensialını müxtəlif icmalar üçün daha əlçatan və faydalı etmək məqsədi daşıyır. Bunun üçün OpenAI, aşağı və orta gəlirli ölkələrdəki inkişafçılara 1 milyon dollarlıq API kreditləri təqdim edəcək.

Bundan başqa, OpenAI API kreditləri ilə yanaşı, inkubasiya mərkəzləri və yarışmalar təşkil edəcəyini də qeyd edir. Şirkət həmçinin, süni intellektdən istifadə edən məqsəd yönümlü qurumlar və developerlər üçün akademiya çərçivəsində mütəxəssislər təqdim edəcək.

OpenAI Academy vasitəsilə şirkətin qlobal bir inkişafçı şəbəkəsi yaratmağa diqqət yetirdiyini söyləmək olar. OpenAI, iştirakçıları bir-biri ilə əlaqələndirərək güclü bir icma qurmağı hədəfləyir. Bundan əlavə, OpenAI, diqqətəlayiq qurumlara məqsədyönlü sərmayə təmin etmək üçün xeyriyyəçilərlə birgə yarışmalar və inkubatorlar təşkil etməyi planlaşdırır.

OpenAI, elanında “aşağı və orta gəlirli ölkələr” siyahısına hansı ölkələrin daxil edildiyini açıqlamır. Ancaq bu kateqoriyaların Dünya Bankının da adambaşına düşən ümumi milli gəlir əsasında istifadə etdiyi kateqoriyalar olduğunu qeyd etmək lazımdır. Belə baxıldığında, ABŞ və bir çox Avropa ölkəsi yüksək gəlirli ölkələr olaraq qəbul edilir, halbuki Saharaaltı Afrika və Cənubi Asiyada yerləşən bir çox ölkə aşağı və ya orta gəlirli kateqoriyalara daxildir. Buna Əfqanıstan, Banqladeş və Anqola kimi ölkələri də əlavə edə bilərik. Əslində, dünya ölkələrinin 63%-i aşağı və ya orta gəlirli (LMIC) ölkələr hesab olunur. Bu isə təxminən 137 fərqli ölkəyə uyğundur. OpenAI-ın bu ölkələrin hamısını hədəf alması ehtimalı azdır, ona görə də ilk növbədə diqqət yetirəcəyi ölkələr maraq doğurur.

OpenAI, yerli süni intellekt bacarıqlarının inkişafına sərmayə qoymağın, səhiyyə, kənd təsərrüfatı, təhsil və maliyyə kimi sektorlarda iqtisadi artımı və innovasiyanı təşviq edəcəyini vurğulayır.

spot_imgspot_img

Oxşar xəbərlər

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!

ABB və AZAL səyahətsevərlər üçün unikal bir məhsulu —...

Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir

Azərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha...

“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

Bir poçt müştərisi poçt şöbəsinə yaxınlaşmadan onu maraqlandıran bir...

Azərbaycanda kriptovalyuta əməliyyatlarının həcmi 4,4 milyard dollara çatıb

Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə çatıb. Məlumata görə,...

Lojistika fintexi Kamyonda PARS VC-dən investisiya alıb

Kamyonda bütün bankların POS cihazlarını tək bir tətbiq vasitəsilə birləşdirərək...
spot_img