OpenAI, 200 ABŞ dollar dəyəri olan ChatGPT Pro abunəliyi təqdim edib.

OpenAI, 2024-cü ilin sentyabr ayında önizləməsi təqdim olunan o1 modelinin tam versiyasını istifadəyə verib. Artıq bu modeldən ChatGPT Plus və Team abunəçiləri istifadə edə bilərlər. Enterprise və Edu abunəçilərinə isə gələn həftə çıxış imkanı yaradılacaq.

Şirkət həmçinin aylıq 200 ABŞ dolları dəyərində olan yeni ChatGPT Pro tarif planını təqdim edib. Bu tarif planına o1 modelinin daha çox hesablama gücü istifadə edən “eksklüziv” versiyası daxildir. Bu versiya daha “yaxşı” cavablar təqdim etməyi hədəfləyir. Bundan əlavə, Pro abunəçiləri GPT-4o modelindən və səs rejimindən istifadə edə biləcəklər.

OpenAI, aylıq 20 ABŞ dolları dəyərində olan Plus tarif planını da saxlamağa davam edəcək. Bu tarif planı, o1 modelinin genişləndirilmiş versiyası istisna olmaqla, şirkətin bütün modellərindən istifadə etməyə və yeni funksiyalara erkən çıxış əldə etməyə imkan verir.

2024-cü il dekabrın 5-dən etibarən şirkət “12 Days of Shipmas” tədbirini keçirir. Bu 12 gün ərzində yeni funksiyaların və məhsulların istifadəyə verilməsi planlaşdırılır. The Verge-in fikrincə, bu məhsullardan biri Sora adlı video yaratma modeli ola bilər.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img