“Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq

PAŞA Bank “Miles&Smiles PAŞA Bank” kart sahibləri üçün yeni “Overnight Mile” (hesab qalığına görə mil qazancı) funksionallığını təqdim edib.

Artıq millər yalnız kartla edilən alış-verişlərdən deyil, hesabda vəsait saxladıqca da qazanılır. Yeni funksionallıq sayəsində kart sahibləri heç bir əlavə əməliyyat və ya müraciət etmədən hər ay avtomatik mil əldə edə biləcəklər. Sistem hesab üzrə aylıq orta qalığı nəzərə alaraq müvafiq milləri hesablayır və onları növbəti ayın əvvəlində birbaşa müştərinin Miles&Smiles hesabına köçürür. Bu millər Miles&Smiles proqramının standart milləri hesab olunur və Turkish Airlines başda olmaqla, Star Alliance şəbəkəsinə daxil olan aviaşirkətlərdə aviabilet əldə etmək, xidmət sinfini yüksəltmək və digər üstünlüklərdən yararlanmaq üçün istifadə edilə bilər.

Beləliklə, “Miles&Smiles PAŞA Bank” kartları gündəlik ödəniş vasitəsindən daha geniş imkanlar təqdim edərək müştərilərə hesablarında saxladıqları vəsaiti əlavə səyahət üstünlüklərinə çevirmək imkanı yaradır.

Funksionallıq çərçivəsində hesablamalar minimum 1,000 AZN və maksimum 15,000 AZN məbləğində aylıq orta hesab qalığı əsasında aparılır.

“Overnight Mile” funksionallığı hesab qalığının potensialını əlavə dəyərə çevirərək müştərilərə daha çox mil toplamaq və daha çox səyahət etmək imkanı yaradır.

Yeni funksionallıq, millərin hesablanma qaydaları və kartların sifarişi barədə ətraflı məlumatı müvafiq keçid vasitəsilə əldə edə bilərsiniz.

spot_imgspot_img

Oxşar xəbərlər

Eks FTX Europe rəhbəri SEC güzəşti ilə ABŞ-da tokenləşdirilmiş səhm bazarı qurur

FTX Europe-un keçmiş rəhbəri Nasdaq-da siyahıya alınan Perpetuals.com vasitəsilə ABŞ-da tokenləşdirilmiş səhm ticarəti platforması qurur.

Kraken ana şirkəti Payward Avropa bankını alaraq depozit və kredit bazarına girir

Kraken birjasının ana şirkəti Payward Litvanın Saldo Bankını alıb və Avropa İttifaqı bankını əldə edən ilk kripto şirkəti olub.

Apple TV 4K yeni nəsil modeli təqdim edildi: A19 çip və süni intellekt dəstəyi

Apple 4-cü nəsil Apple TV 4K modelini təqdim edib. Yeni cihaz A19 prosessoru və süni intellekt dəstəkli Siri ilə təchiz olunub.

Rusiya marketpleys satıcıları üçün güzəştli kredit şərtləri müzakirə olunur

Rusiyada marketpleys satıcılarının bank dəstəyi müraciətlərinin əksəriyyəti rədd edilib, assosiasiya Mərkəzi Bankdan şərtlərin dəqiqləşdirilməsini xahiş edir.

Google Play Store süni intellekt əsaslı yeniliklər elan etdi

Google Play Store süni intellekt əsaslı yeniliklər elan edib: AI ilə tətbiq yaratma və Gamer DNA ilə fərdiləşdirilmiş oyun kəşfi mümkün olacaq.
spot_img