Midjourney veb-interfeysə bütün istifadəçilər üçün giriş açıb

Artıq şəkil yaratmaq üçün Discord-a ehtiyac yoxdur.

Lakin istifadəçilər ya Discord vasitəsilə, ya da Google ilə veb-saytda qeydiyyatdan keçə bilərlər. VentureBeat bildirir ki, Midjourney-də əvvəllər yalnız seçilmiş istifadəçilərə təqdim edilən veb-interfeysin “alfa-versiyası” mövcud idi. İndi isə yeni istifadəçilərə 25 şəkil yaratmaq üçün pulsuz icazə verilib. Sınaq müddəti bitdikdən sonra abunə haqqı ödəmək lazım gələcək. Qiymətlər $8-10-dan başlayır.

Saytda yalnız şəkil yaratmaq deyil, həm də digər istifadəçilərin şəkillərinə baxmaq və onları bəyənmək mümkündür. Eyni zamanda, hansı sorğunu verib və hansı parametrləri seçdiklərini də görmək olar. Bundan əlavə, şəkillər üzrə axtarış da mövcuddur.

Midjourney-də yaradılan şəkillərdən nümunələr:

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img