Meta, Orion artırılmış reallıq eynəklərinin prototipini təqdim edib

Tam işlək vəziyyətdə olan ilk model olsa da, kütləvi istehsala hələ hazır deyil.

Bu eynəklər hələlik satışa çıxarılmayacaq, lakin şirkət daxilində istifadə olunacaq. CNBC-nin məlumatına görə, şirkətin təsisçisi Mark Zukerberq, növbəti versiyanın satışa çıxarıla biləcəyini qeyd edib, lakin konkret vaxt haqqında məlumat verməyib.

Eynəklər həm qapalı, həm də açıq məkanda işləyə bilir. Onlar istifadəçinin ətrafındakı obyektlər üzərinə “hologram ekranları” yerləşdirməlidir. Eynəklərin daxilində Meta AI adlı neyron şəbəkə var. Bu texnologiya vasitəsilə məsələn, soyuducudakı məhsullara baxaraq, mövcud məhsullardan nə bişirmək olar deyə təklif almaq mümkündür, deyə Engadget yazır.

Eynəkləri The Verge baş redaktorunun müavini Aleks Hit və Bloomberg redaktorları sınaqdan keçiriblər.

Eynəklərlə birgə onları idarə etmək üçün “neyron” qolbaq və onlardan enerji alan simsiz cihaz da təqdim edilir. Hitin sözlərinə görə, cihazdan uzaqlaşdıqda eynəklər “faydasız olur”. Eynəkləri kompüterə və ya noutbuka qoşmağa ehtiyac yoxdur.

Cihazı göz və barmaq hərəkətləri ilə idarə etmək mümkündür, barmaq hərəkətlərini isə qolbaq izləyir.

spot_imgspot_img

Oxşar xəbərlər

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!

ABB və AZAL səyahətsevərlər üçün unikal bir məhsulu —...

Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir

Azərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha...

“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

Bir poçt müştərisi poçt şöbəsinə yaxınlaşmadan onu maraqlandıran bir...

Azərbaycanda kriptovalyuta əməliyyatlarının həcmi 4,4 milyard dollara çatıb

Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə çatıb. Məlumata görə,...

Lojistika fintexi Kamyonda PARS VC-dən investisiya alıb

Kamyonda bütün bankların POS cihazlarını tək bir tətbiq vasitəsilə birləşdirərək...
spot_img