“m10” aktiv olmayan hesablardan xidmət haqqı tutacaq

Rəqəmsal ödəniş platforması “m10” istifadə qaydalarında dəyişiklik edib.

Xəbər verilir ki, yeniliklər İstifadə Qaydalarının “11. Xidmət haqqı və valyuta mübadiləsi məzənnəsi” bölməsində öz əksini tapıb.

Qeyd edək ki, “m10” istifadəçilərə müxtəlif maliyyə əməliyyatlarını mobil tətbiq vasitəsilə həyata keçirməyə imkan verir. Platforma üzərindən gündəlik ödənişləri həyata keçirmək, bank kartlarını idarə etmək, pul köçürmək, kommunal və digər xidmətlərin ödənişini etmək mümkündür.

“m10″da qeyri-aktiv hesablar üzrə aylıq 5 manat xidmət haqqı tutulacaq

Yenilənmiş qaydalara əsasən, sənədin 11.4-cü bəndində aşağıdakılar qeyd olunub:

“Ödəniş hesabında hər hansı məbləğdə vəsait olan İstifadəçinin m10 Platformasında açılmış ödəniş hesabı üzrə son ödəniş əməliyyatı tarixindən etibarən ardıcıl 12 (on iki) ay müddətində heç bir ödəniş əməliyyatı həyata keçirilmədiyi təqdirdə, “PashaPay” həmin hesabı qeyri-aktiv hesab kimi təsnif edir və İstifadəçiyə bu barədə “m10” Platforması və ya digər əlaqə vasitəsilə bildiriş göndərir. Qeyri-aktiv hesabın əməliyyat sistemində saxlanılması və xidmət göstərilməsi ilə əlaqədar “PashaPay” tərəfindən aylıq 5 (beş) manat məbləğində xidmət haqqı tətbiq edilir. Xidmət haqqı İstifadəçinin ödəniş hesabının balansında olan vəsaitlərdən birtərəfli qaydada tutulur. Balansda mövcud vəsaitin xidmət haqqı məbləğindən az olduğu təqdirdə, xidmət haqqı hesabda olan faktiki vəsait məbləği həddində tutulur. Hesabda vəsait olmadığı təqdirdə xidmət haqqı tətbiq edilmir”.

Bundan əlavə, istifadə qaydalarının 11.5-ci bəndində qeyd olunur ki, istifadəçi anlayır və qəbul edir ki, “m10” Platforması üzərindən xidmətlərin göstərilməsi ilə əlaqədar “PashaPay”in əməkdaşlıq etdiyi digər ödəniş xidməti təchizatçıları da öz növbəsində xidmət haqqı tətbiq edə bilərlər. “PashaPay” bu cür xidmət haqqının növü və məbləği üçün məsuliyyət daşımır.

Mənbə: Valyuta.az

spot_imgspot_img

Oxşar xəbərlər

T. Rowe Price kripto ETF-ə memecoin-ləri daxil edir: səbəb nədir?

T. Rowe Price, kripto ETF-ə memecoin-ləri daxil etdiyini açıqladı. Şirkət, prinsipcə istisna etmənin aktiv yanaşmaya zidd olduğunu bildirir.

Bitwise: institusional investorlar bitkoinə trilyonlarla dollar axıdacaq

Bitwise investisiya direktoru Matt Hougan, qlobal institusional kapitalın 1%-nin bitkoinə yönəlməsi ilə trilyonlarla dolların bazara axacağını bildirib.

Bitcoin infrastrukturunda yeni hücum: Lightning ödəniş serverləri boşaldıldı

Bitcoin infrastrukturuna qarşı yeni hücum Lightning ödəniş serverlərini hədəf alıb. BTCPay istifadəçilərə yeniləmə tövsiyə edir.

ABŞ Senatı Kripto Aydınlıq Aktının səsverməsinin ilk mərhələsini açdı

ABŞ Senatı Kripto Aydınlıq Aktının səsvermə prosesinə başlayıb. Qanun layihəsi kriptovalyuta bazarının tənzimlənməsində aydınlıq yaratmağı hədəfləyir.

FDIC fintech tərəfdaşlarını sertifikatlaşdırmaq üçün standartlar qurumu yaradır

ABŞ FDIC, bankların fintech tərəfdaşlarını sertifikatlaşdırmaq üçün müstəqil standartlar komitəsi yaratmaq üzərində işləyir.
spot_img