Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi: maliyyə sektorunda innovativ məhsulların sınaqdan keçirilməsində yeni dövr

Mərkəzi Bank maliyyə bazarlarında innovasiyaların inkişafını dəstəkləmək məqsədilə cari ildən xüsusi tənzimləmə rejimini tətbiq etməyə başlayıb. Bu mühüm təşəbbüs innovativ həllər təklif edən şirkətlərə yeni məhsul və xidmətləri real şəraitdə Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirmək imkanı verməklə yanaşı, həm də bu məhsulların maliyyə bazarlarına təhlükəsiz surətdə təqdim olunmasını təmin edir.

Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ texnologiyaların tətbiqi ilə bağlı riskləri minimuma endirmək və ölkədə maliyyə sektorunun dayanıqlı inkişafını təmin etmək üçün effektiv bir platformadır. Bu rejim şirkətlər üçün yeni imkanlar açaraq innovasiyaların təşviqinə və tətbiqinin sürətlənməsinə xidmət edir.

Cari ilin may ayında elan olunan qəbul dövründə qeydə alınan 21 müraciət arasında kriptovalyuta, rəqəmsal ödəniş xidmətləri, sığorta və maliyyə sektorunun digər sahələrinə üzrə rəqəmsal məhsulları yer alıb. Beləliklə, rejimdə iştirak meyarları ilə uyğunluq təşkil edən 4 innovativ məhsul xüsusi tənzimləmə rejiminə qəbul edilib. Qeyd edək ki, meyarlardan biri də məhsulun məhz bazar şəraitində istifadəyə hazır olmasıdır. İdeya mərhələsindəki məhsullar xüsusi tənzimləmə rejiminə qəbul edilmir.

İştirak hüququ qazanmış təşkilatlar təklif etdikləri həmin məhsulların bazara uyğunluğunu sınaqdan keçirərək daha geniş kütləyə təqdim etmə imkanı əldə ediblər.

Xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlər isə 15.12.2024-15.01.2025 tarixləri ərzində qəbul olunacaq. Bu, fintex şirkətlər üçün innovativ məhsullarını sınamaq və inkişaf etdirmək baxımından növbəti fürsət olaraq qiymətləndirilə bilər.

Mərkəzi Bank bu təşəbbüslər vasitəsilə maliyyə texnologiyaları sahəsinin dayanıqlılığının artırılması və rəqəmsal maliyyə bazarının genişləndirilməsi ilə ölkədə maliyyə inklüzivliyinin artırılmasını hədəfləyir. Müraciət et: sandbox.cbar.az

spot_imgspot_img

Oxşar xəbərlər

Nyu-York Fond Birjası tokenləşdirilmiş səhmlər üçün dörd yeni transfer agenti cəlb edir

Nyu-York Fond Birjası tokenləşdirilmiş səhmlər layihəsinə Broadridge, Computershare, Equiniti və Superstate-i cəlb edib.

Elon Musk Grok Bot limitlərini kəskin azaltdı: xərclər dayanıqsız səviyyədədir

Elon Musk Grok Bot istifadə limitlərinin azaldıldığını təsdiqləyib və xidmətin maliyyə yükünün dayanıqsız olduğunu bildirib.

42AI 62,5 milyon dollar cəlb edərək insan davranışını proqnozlaşdıran model təqdim etdi

42AI gizli rejimdən çıxaraq 62,5 milyon dollar cəlb edib və yeni situasiyalarda insan davranışını proqnozlaşdıran dünya modelini təqdim edib.

ABŞ səhmləri seçkilərdən sonra adətən bahalaşır, lakin bu il vəziyyət fərqli ola bilər

ABŞ səhmləri 70 ildir seçkilərdən sonra yüksəlir, lakin süni intellekt narahatlıqları və neft qiymətlərinin artması bu il ardıcıllığın pozulması riskini yaradır.

Readwise kitabsevərlər üçün yeni tətbiqini təqdim etdi: Amazon-a rəqib

Readwise kitabsevərlər üçün elektron kitab mağazası, oxu izləyicisi və süni intellekt funksiyalarını birləşdirən yeni tətbiqini təqdim edib.
spot_img