Mərkəzi Bank 3 ödəniş sektoru şirkətinə icrası məcburi göstəriş verib

Mərkəzi Bank “K Group” MMC-yə, “PashaPay” MMC-yə və “PulPal” MMC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumatlar yayıb. 

Qeyd edilib ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.1-ci maddəsinə uyğun olaraq ödəniş xidməti istifadəçilərindən ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsinə dair tələblərin pozuntusu hallarının aradan qaldırılması ilə bağlı bu Qanunun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank tərəfindən “PulPal” MMC-yə icrası məcburi olan göstəriş verilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 7.6-cı bəndi üzrə fərdi məlumatların işlənilməsi və mühafizəsi ilə bağlı tələblərin pozuntusu hallarının aradan qaldırılması ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq “PashaPay” MMC-yə icrası məcburi olan göstəriş verilmişdir.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin tələblərinə uyğun olaraq emissiya olunan elektron pulların istifadəsi, o cümlədən istifadəçilər tərəfindən elektron pulların qalıq dəyəri barədə məlumatların əldə edilməsi imkanının təmin olunmamasına görə, həmin Qanunun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank tərəfindən “K Group” MMC-yə müvafiq pozuntu hallarının aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstəriş verilmişdir.

spot_imgspot_img

Oxşar xəbərlər

New Mexico məhkəməsi süni intellektlə saxta tanıq yaradan avukata cərimə kəsdi

New Mexico Yüksek Məhkəməsi süni intellekt vasitəsilə saxta tanıq ifadələri hazırlayan avukat Stiven Aaronsa 5 min dollar cərimə tətbiq edib.

Microsoft süni intellekt üçün data mərkəzi kapasitəsini 2032-ci ilə qədər 38 gigavata çıxaracaq

Microsoft süni intellektə artan tələbi qarşılamaq üçün data mərkəzi kapasitəsini 2032-ci ilə qədər 38 gigavata çıxarmağı planlaşdırır.

BOKT-larda kreditlərlə bağlı yeni qayda: restrukturizasiyada əlavə ödəniş tələb olunmayacaq

Azərbaycan Mərkəzi Bankı BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı müştəridən əlavə ödəniş tələb olunmayacağını bildirib.

ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq Bitcoin ələ keçirdi

Sinqapur vətəndaşı Meloun Lam 245 milyon dollar dəyərində Bitcoin oğurlamaqda təqsirini etiraf edib. Bu, ABŞ tarixində fiziki şəxsdən kripto oğurlanması ilə bağlı ən böyük hadisədir.

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

AMB bank olmayan kredit təşkilatlarının biznes kreditləri verməsini təşviq edəcək. İstehlak kreditləri üzrə ehtiyat tələbləri isə daha sərt qalır.
spot_img