Lovable 6,6 milyard dollar dəyər qiymətləndirmə ilə 330 milyon dollar investisiya cəlb edib

2025-ci ilin iyulunda investorlar şirkəti 1,8 milyard dollar dəyərində qiymətləndirmişdilər.

The New York Times yazır ki, investisiya raunduna CapitalGMenlo Ventures rəhbərlik edib. Raundda həmçinin Khosla Ventures, Accel, EQT və digər investorlar iştirak ediblər.

Cəlb olunan vəsait Lovable platformasının digər xidmətlərlə — məsələn, StripeNotion — inteqrasiyasına, eləcə də servisin funksionallığının genişləndirilməsinə yönəldiləcək.

Lovable 2023-cü ildə Stokholmda təsis edilib. 2024-cü ilin noyabrında şirkət texniki biliklərə ehtiyac olmadan mətn sorğusu əsasında tam funksional tətbiqlər və veb-saytlar yaratmağa imkan verən xidmətini təqdim edib. Platformanın texnoloji əsasını OpenAI, Anthropic və Google daxil olmaqla üçüncü tərəf şirkətlərin modelləri təşkil edir.

2025-ci ilin fevralında startap 15 milyon dollar investisiya cəlb edib. Həmin vaxt şirkətin baş direktoru Anton Osika bildirmişdi ki, Lovable-ın illik təkrarlanan gəliri (ARR) 17 milyon dollara, ödənişli istifadəçilərin sayı isə 30 min nəfərə çatıb. İyul ayında isə şirkət 1,8 milyard dollar dəyər qiymətləndirmə ilə əlavə 200 milyon dollar investisiya alıb.

Məlumata görə, 2025-ci ilin iyununa ARR 75 milyon dollara, dekabr ayına isə 200 milyon dollara yüksəlib. Ödənişli istifadəçilərin sayı 320 min nəfərə çatıb. Şirkət bildirir ki, müştərilərin böyük hissəsini şirkət qurucuları və sahibkarlar təşkil edir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img