ByteDance TikTok-un ABŞ biznesinin satışı ilə bağlı Oracle, Silver Lake və MGX-in daxil olduğu investor qrupu ilə razılaşma imzalayıb

Sövdələşmənin 2026-cı il yanvarın 22-də bağlanması planlaşdırılır.

CNBC yazır ki, TikTok-un baş icraçı direktoru Şou Çu əməkdaşlara göndərdiyi daxili xidməti qeyddə razılaşmanın detallarını açıqlayıb. Qeyddə bildirilir ki, şirkətin ABŞ-dakı biznesi TikTok USDS Joint Venture LLC adlı strukturun nəzarətinə keçəcək.

Bu qurum ByteDance ilə Oracle, Silver LakeƏbu-Dabinin dövlət investisiya fondu MGX-in daxil olduğu investor konsorsiumunun birgə müəssisəsidir.

Razılaşmaya əsasən:

  • ByteDance yeni strukturdakı payın 19,9 %-nə sahib olacaq;
  • İnvestor konsorsiumunun payı 45 % təşkil edəcək;
  • Təxminən 30 % TikTok-un mövcud investorlarından bəzilərinin əlaqəli şirkətlərinə veriləcək;
  • Qalan 5 %-in sahibləri açıqlanmır.

TikTok USDS Joint Venture ABŞ istifadəçilərinin məlumatlarının qorunmasına, kontentin moderasiyasına və proqram təminatının keyfiyyətinə cavabdeh olacaq. Bildirilir ki, platformanın əsas tövsiyə alqoritmi ABŞ istifadəçilərinin məlumatları əsasında yenidən öyrədiləcək, məqsəd isə lentin kənar müdaxilələrdən qorunmasını təmin etməkdir.

Xatırladaq ki, 2024-cü ilin aprelində ABŞ-ın keçmiş prezidenti Co Bayden TikTok-un məcburi satışı və ya qadağan edilməsini nəzərdə tutan qanunu imzalamışdı. Donald Tramp isə 2025-ci ilin yanvarında qadağanın tətbiqini 75 gün təxirə salan sərəncam vermiş, aprel ayında bu müddəti yenidən 75 gün, iyun ayında isə üçüncü dəfə 90 gün uzadaraq 17 sentyabr 2025-ci ilədək ertələmişdi.

2025-ci ilin iyulunda mediada TikTok-un ABŞ-dakı sahibinin Oracle-ın rəhbərlik etdiyi “çinli olmayan” investor qrupu ola biləcəyi, ByteDance-in isə minoritar payı saxlayacağı barədə məlumatlar yayılmışdı. Həmin vaxt ABŞ üçün ayrıca TikTok tətbiqinin işə salınmasının planlaşdırıldığı da bildirilmişdi.

16 sentyabrda ABŞ-ın maliyyə naziri Skott Bessent Madriddə aparılan danışıqlardan sonra tərəflərin TikTok üzrə “çərçivə sazişi”nə nail olduqlarını açıqlayıb. Bundan sonra Tramp qadağanı dördüncü dəfə16 dekabr 2025-ci ilədək təxirə salıb.

26 sentyabrda Donald Tramp TikTok-la bağlı sövdələşməyə dair sərəncam imzalayıb. Həmin vaxt şirkətin ABŞ biznesinin dəyəri 14 milyard ABŞ dolları olaraq qiymətləndirilib.

spot_imgspot_img

Oxşar xəbərlər

Bloomberg: Braziliyadakı leysan yağışları arabika qəhvə qıtlığı yarada bilər

Braziliyadakı güclü leysan yağışları arabika qəhvə dənlərinin əlçatanlığını azaldır, qiymətlərin artması gözlənilir.

Türkiyənin milli təyyarə gəmisi MUGEM 2027-ci ildə suya endiriləcək

Türkiyənin milli təyyarə gəmisi MUGEM 2027-ci il sentyabrın 27-də suya endiriləcək.

Waymo robotaksi həvəsi: xüsusi çip texnologiyası

Waymo-nun robotaksi ambisiyaları, xüsusi çip texnologiyası ilə güclənir. Bu çiplər avtomobilin ətraf mühiti daha sürətli qavramasına imkan verir.

Fed tədqiqatı: Kripto investorlarının qərarlarına təsir edən amillər

Federal Reserve Bank of Cleveland tədqiqatına görə, kripto investorlarının qərarları əsasən inanc və keçmiş gəlirlərdən təsirlənir.

Müəllif hüquqlu kitablarla AI təlimi: qanuni vəziyyət mürəkkəbdir

Müəllif hüquqlu kitablarla AI təlimi qanuni baxımdan mürəkkəbdir və hələ də həllini tapmayıb.
spot_img