“Lisenziyalaşdırma sektora güvən və sabitlik gətirəcək”

“Ölkəmizdə lisenziyalaşdırma müddəti hələ başa çatmayıb və bir çox ödəniş qurumları lisenziyasız fəaliyyətlərini davam etdirirlər. Mərkəzi Bank digər ödəniş şirkətlərinə hələlik lisenziya verməsə də, onlara müəyyən zaman tanımaqla fəaliyyətlərini davam etdirməyə imkan verib. Bu qərar sektorda xidmətin davamlılığını təmin etmək və bazarda rəqabəti qorumaq üçün başa düşülən addımdır. Lakin bu, bizim kimi lisenziyalı şirkətlər üçün müəyyən çətinliklər yaradır. Rəqabət bərabərsizliyi bizim kimi lisenziya almaq üçün sərmayə yatıran şirkətlərə maliyyə və əməliyyat baxımından çətinliklərlə qarşılaşdırır”.

Bunu müsahibəsində Azərbaycanın ilk lisenziyalı ödəniş təşkilatı olan “Token Azerbaycan” MMC-nin baş direktoru Raşit Kartal bildirib. 

O əlavə edib: “Buna baxmayaraq, biz Mərkəzi Bankın sektorda nizam-intizamı qorumaq səylərini dəstəkləyir və inanırıq ki, bu proseslərin başa çatdırılması uzunmüddətli perspektivdə sektora güvən və sabitlik gətirəcək”.

Raşit Kartal rəhbərlik etdiyi Şirkətin lisenziyalaşdırma prosesindən də danışıb: 

“Əslində biz keçən ilin iyul ayından, yəni “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun imzalanan kimi hazırlıqlarımıza başladıq. Məqsədimiz yalnız lisenziyanı almaq deyil, onu alan ilk şirkət olmaq idi. Bu lisenziyanın alınmasında Türkiyədəki elektron pul  şirkətimizin lisenziyasının olması və oradaki təcrübəmiz böyük rol oynadı. Burada bizim üçün ən dəyərli məqam Azərbaycan Respublikasının Mərkəzi Bankının bizi bu prosesdə istiqamətləndirməsi və müsbət yanaşması idi. Bu səbəblə Taleh Kazımov, Fərid Osmanov, Kəmalə Qurbanova və bütün komandaya dərin minnətdarlığımı bildirirəm”.

spot_imgspot_img

Oxşar xəbərlər

Google Gemini Decision 1 modelini təqdim etdi: bir API çağırışında 1000 sual

Google tərtibatçılar üçün Gemini Decisions API-ni elan edib. Yeni model tək API çağırışında minə qədər sualı qiymətləndirməyə imkan verir.

Avropa Mərkəzi Bankı dekabrda faiz dərəcəsini artıracaq

Avropa Mərkəzi Bankının dekabrda əsas faiz dərəcəsini 25 baza bəndi artıracağı gözlənilir. İqtisadçıların əksəriyyəti bu proqnozu dəstəkləyir.

Rusiya hökuməti Wildberries və Ozon-a hücumlardan zərər çəkən biznesə dəstək qaydasını dəqiqləşdirib

Rusiya hökuməti Wildberries və Ozon-a kiberhücumlardan zərər çəkən biznesə dəstək qaydasını dəqiqləşdirib, hər iki platformada çalışan satıcıların ümumi itkiləri nəzərə alınacaq.

Gemini Böyük Britaniya və Avropa əməliyyatlarını KAST-a satıb

Gemini kriptovalyuta birjası Böyük Britaniya və Avropadakı əməliyyatlarını 10 milyon dollardan az qiymətə stabilkoin ödəniş şirkəti KAST-a satıb.

Wildberries PВЗ-lərdə nağd ödənişi sınaqdan keçirməyə başlayıb

Wildberries 2020-ci ildə ləğv etdiyi nağd ödəniş imkanını yenidən sınaqdan keçirməyə başlayıb, funksiya hələlik yalnız bir şəhərdə tətbiq edilir.
spot_img