Kriptobazar yenidən çöküş yaşayır — son 24 saat ərzində $200 milyarddan çox bazar dəyəri itirildi

Bitcoin $90 min həddindən aşağı düşdü. Bəzi treyderlər bazardakı “ayı” əhvalının süni şəkildə şişirdildiyini düşünür.

25 fevral 2025-ci il, Bakı vaxtı ilə 11:29-a olan göstəricilər:

  • BTC — $89,6 min (-6% son 24 saat ərzində)
  • ETH — $2402 (-10%)
  • XRP — $2,19 (-10,78%)
  • BNB — $604,4 (-5,4%)
  • SOL — $138,5 (-12,7%)
  • DOGE — $0,20 (-10%)
  • ADA — $0,67 (-8,4%)

Kriptovalyuta bazarının qorxu və tamah indeksi son bir gün ərzində 49-dan 25-ə qədər enib. Bir gün əvvəl indeks “neytral” zonada idi, lakin indi “qorxu” zonasında yer alıb. Bu, bazarın itkilərdən ehtiyatlandığını və daha çox satış etdiyini göstərir.

Bazarın çöküşünün əsas səbəbləri:

📉 Bybit-in sındırılması və bazarın reaksiyası
Cointelegraph-a görə, bu çöküş 21 fevral 2025-ci ildə başlayan korreksiya prosesinin bir hissəsidir. Həmin gün Bybit kriptobirjasından 1,46 milyard dollarlıq ETH və digər əlaqəli tokenlər oğurlanmışdı. Arkham Intelligence-in məlumatına görə, bu hücum Şimali Koreyanın Lazarus Group haker qrupu ilə əlaqələndirilir.

Bybit Ethereum ehtiyatlarını tam bərpa edib və Bitget birjasından aldığı krediti qaytarıb. QCP Capital-in analitikləri bildirirlər ki, bazarın bu hadisəyə nisbətən sakit reaksiya verməsi və Bybit-in sürətli addımları bazarın əvvəlki illərə nisbətən daha yetkin olduğunu göstərir.

📉 Dərivativ bazarında likvidasiyalar
Coinglass-ın məlumatına görə, son 24 saatda kripto derivativ bazarında $1,34 milyardlıq likvidasiya baş verib. Əsasən böyüməyə oynayan uzun mövqelər (long positions) zərər görüb.

📉 İnvestisiya fondlarından kapital axını
Son iki həftə ərzində kriptovalyuta investisiya fondlarından kapital axını davam edir. İnstitusional investorlar ABŞ-ın pul-kredit siyasətindəki qeyri-müəyyənlik, ticarət tarifləri və inflyasiya ilə bağlı narahatlıqlar səbəbindən bazardakı paylarını azaldırlar.

📉 Nasdaq-da texnoloji səhmlərin düşməsi və Yapon yeninin güclənməsi
Coindesk-in məlumatına görə, Nasdaq birjasında texnologiya səhmlərinin enməsi və Yapon yeninin güclənməsi də kriptobazarın çöküşünü sürətləndirib. Bu, treyderlərə 2024-cü ilin avqustunda baş verən Bitcoin enişini xatırladıb, həmin vaxt BTC $60 mindən $49 minə düşmüşdü.

Həmin dövrdə Yaponiya Mərkəzi Bankının uçot dərəcəsini 0,1%-dən 0,25%-ə qaldırması carry-trade strategiyasına təsir etmişdi. Bu strategiyada investorlar aşağı faizli valyutalarla borc alır, sonra bu vəsaiti daha yüksək faiz dərəcəsinə malik aktivlərə yönəldirlər. Yen-in güclənməsi bu prosesin pozulmasına səbəb olub və Bitcoin bazarında çaxnaşma yaratmışdı.

spot_imgspot_img

Oxşar xəbərlər

Marketpleys gəlirləri: Qlobal e-ticarətin 83%-i platformalarda

2026-cı ildə qlobal e-ticarət gəlirlərinin 83.4%-i marketpleys platformaları vasitəsilə əldə edilib. Bu rəqəm brendlər üçün həm imkan, həm də ciddi risk deməkdir.

Ethereum həmtəsisçisi Lubin: AI-nin az sayda texnologiya şirkəti tərəfindən idarə edilməsi təhlükəlidir

Ethereum həmtəsisçisi Joseph Lubin süni intellektin az sayda böyük texnologiya şirkəti tərəfindən idarə edilməsinin ciddi risklər yaratdığını xəbərdarlıq etdi. Blokçeyn isə alternativ model kimi irəli sürülür.

Amazon süni intellekt məzmun bazarı yaradır: nəşriyyatlar üçün inqilab

Amazon nəşriyyatçılar üçün AI məzmun marketplace-i hazırlayır. Platforma nəşriyyatlara süni intellekt şirkətlərinə məzmun lisenziyası verməklə yeni gəlir əldə etmə imkanı yaradacaq.

IMF qlobal borc böhranı xəbərdarlığı etdi: həll yolu süni intellektdəmi?

IMF qlobal borc böhranının yaxınlaşdığı barədə xəbərdarlıq etdi. ABD-nin 39 trilyon dollarlıq dövlət borcu qlobal zəifliyin simvolu kimi göstərilir, süni intellekt isə potensial həll yolu kimi müzakirə edilir.

Amazon Satıcılara Yeni Əlavə Ödəniş Tətbiq Edir

Amazon müəyyən kateqoriyalardakı üçüncü tərəf satıcılarına yeni surcharge tətbiq etdi. Bu addım həm satıcılar, həm də alıcılar üçün ciddi nəticələr doğura bilər.
spot_img