Kofe.al – MPay nağdlaşdırılması aktivləşdirildi

Rəqəmsal yaradıcı şəxslər və oyun streamerlərinin öz pərəstişkarlarından dəstək almalarına kömək edən Kofe.al layihəsi, bir neçə həftə öncə toplanmış vəsaitlərin nağdlaşdırılmasını dondurmuşdu. Buna səbəb, nağdlaşdırma partnyoru olan MPay cüzdanının öz birinci versiyasının fəaliyyətini dayandıraraq, MPay 2.0 cüzdanına keçidi olmuşdu. MPay yeni cüzdana keçid zamanı öz API kodlarında dəyişikliklər etdiyindən, nağdlaşdırılma bir müddət dondurulmuşdu.

Dünən Kofe.al rəsmi sosial media səhifələrində, MPay cüzdanına nağdlaşdırılmasının aktivləşdirildiyi barədə məlumat paylaşılıb. Kofe.al üzvlərinin nağdlaşdırmanı problemsiz həyata keçirə bilmələri üçün bir neçə məqama diqqət etmələri lazımdır;

Nağdlaşdırmanın aktivləşdirilməsi üçün, üzvlərin verifikasiyası edilməsi lazımdır. Kofe.al fraud hallarının qarşısını almaq məqsədilə, üzvlərin handı sosial mediya kanalları vasitəsilə kofe.al keçidlərini paylaşdıqlarını və aktivliklərini yoxlayaraq, şəxsin həqiqiliyini təsdiq etdikdən sonra, verifikasiyanı tamamlayır.

Eyni zamanda MPay cüzdanının birinci versiyası artıq aktiv deyil və nağdlaşdırma üçün MPay 2.0 cüzdanı endirilərək, aktivləşdirilməsi lazımdır.

Kofe.al nağdlaşdırma zamanı tətbiq edilən 3 AZN-lik limiti da, 1 AZN olaraq təyin edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Apple, X və Airbnb stabilkoinlərin inteqrasiyasını maliyyə tərəfdaşları ilə müzakirə edir – Fortune

Fortune verdiyi məlumata görə, bu texnologiya nəhəngləri “tranzaksiya xərclərini...

Bir – yeni e-ticarət və fintek ekosistemi

Umico brendinin BirMarket adı altında yenidən brendləşdirilməsi gözlənilir. Bu...

m10-un öz ödəniş kartı istifadəyə veriləcək

PashaPay və Mastercard strateji əməkdaşlığın gücləndirilməsi məqsədilə Money 20/20...

Papara-ya qanunsuz mərc əməliyyatı: 8 şirkət və çoxsaylı əmlaka həbs qoyuldu

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan qanunsuz mərc araşdırması...
spot_img