Klarna Böyük Britaniyadakı “BNPL” portfelinin böyük hissəsini Elliott fonduna satır

Klarna, Böyük Britaniyadakı “BNPL” portfelinin əksər hissəsini ABŞ-ın Elliott hedc fonduna sataraq yeni kreditlər üçün təxminən 30 milyard funt sərbəst buraxacaq. Bu barədə məsələdən xəbərdar olan mənbələr məlumat verib.

Paul Singerin rəhbərlik etdiyi 70 milyard dollarlıq hedc fondu ilə əldə edilən bu razılaşmanın Klarna-nın kapitalizasiyasını gücləndirəcəyi və maliyyə texnologiyaları şirkətinin qarşıdakı ABŞ-da gözlənilən ilkin ictimai təklif (IPO) öncəsi iddialı inkişaf hədəflərini həyata keçirməyə davam etməsinə imkan verəcəyi gözlənilir.

Bu razılaşmanın bir hissəsi olaraq, Elliott, kreditləri saxlayacaq olan fonda junior nota əldə edib. Klarna isə bu kreditləri yazmaqda və müştəri xidmətini təmin etməkdə davam edəcək. Şirkət 2017-ci ildən bəri İsveçdə bank lisenziyasına sahibdir və Almaniya və Böyük Britaniyanın maliyyə tənzimləyici orqanları tərəfindən nəzarətdədir.

Klarna-nın böyümə strategiyası hazırda ABŞ bazarına yönəlib. Şirkət Apple və Uber Eats kimi böyük ticarət tərəfdaşları ilə müqavilələr imzalayıb. 2019-cu ilə qədər müntəzəm olaraq mənfəət əldə edən Klarna, ABŞ bazarında genişlənmə məqsədilə müəyyən kredit zərərlərini qəbul edəcəyinə qərar verib.

Klarna-nın maliyyə direktoru Niclas Neglen, bu razılaşmanın şirkətin qlobal inkişafını dəstəkləyəcəyini vurğulayıb. O, belə deyib: “Aktivlərimizi effektiv idarə etməklə, səhmdar kapitalını daha səmərəli şəkildə yönləndirə bilərik.”

Qeyd edək ki, Klarna bundan əvvəl də Elliott fondu ilə Almaniya kredit portfeli üzərində iki il əvvəl risk transferi müqaviləsi imzalamışdı.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img