Azərbaycan Mərkəzi Bankı “İrşad” BOKT-a lisenziya verib

Azərbaycanda elektronika və məişət texnikası üzrə mağazalar şəbəkəsinə sahib olan “İrşad” da digər rəqibləri kimi maliyyə bazarına girir.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “İrşad” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib. “İrşad BOKT” 1 milyon manat nizamnamə kapitalına sahibdir. 

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 57-yə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İrşad” BOKT-u ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, 25, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Zaur Miqirovdur.

Qeyd edək ki, buna qədər bir çox özəl şirkətlər həmçninin daxili kreditləşməni təmin etmək üçün BOKT-lər açıblar. Bu sırada hazırda “Embawood”un “EmbaFinans” BOKT-sini və “Optimal Elektroniks”in “Optimal Finance”sini misal göstərmək olar. Hər iki BOKT hazırda bazarda lisenziya ilə fəaliyətdədir. Digər BOKT yaradan isə “ABC-Telecom” MMC-dir. 

spot_imgspot_img

Oxşar xəbərlər

İordaniya Ərəb dünyasının e-ticarət və maliyyə inklüzivliyi qrupuna sədrlik edir

İordaniya Ərəb Daimi Poçt Komitəsinin E-ticarət və Maliyyə İnklüzivliyi İşçi Qrupunun sədrliyini öz üzərinə götürüb.

Polşa prokurorları Zondacrypto araşdırmasında beşinci şübhəliyə ittiham irəli sürüb

Polşa prokurorları, Zondacrypto istifadəçilərinin vəsaitlərinin mənimsənilməsində beşinci şübhəliyə ittiham irəli sürüb.

TikTok Shop Avropa və Böyük Britaniya arasında sərhəd ticarətini genişləndirir

TikTok Shop, Avropada sərhəd ticarətini genişləndirərək Böyük Britaniya və 12 Avropa ölkəsi arasında satışa imkan verir.

Ethereum istifadəçilərə ETH saxlamadan qaz xərclərini ödəməyə imkan verəcək

Ethereum, istifadəçilərin ETH saxlamadan qaz xərclərini ödəyə biləcəyi Frame Transactions xüsusiyyətini inkişaf etdirir.

Avropa fintech investisiyaları ilin birinci yarısında azalıb

EMEA bölgəsində fintech maliyyələşməsi azalıb və investorlar daha seçici davranır.
spot_img