“KidFi mobil tətbiqi ilə övladınızın maliyyə savadlılığını artırın!

Azərbaycandan olan innovativ “KidFi” startapı ölkəmizdə ilk dəfə olaraq uşaqlarda və yeniyetmələrdə maliyyə savadlılığının artırılması istiqamətində əlverişli imkanlar yaradır.

Qeyd edək ki, “KidFi” startapı maliyyə savadlılığı sahəsində həm öyrənmək, həm əylənmək üçün hazırlanmış oyun əsaslı mobil tətbiqdir. Startap bu ilin fevralında İspaniyada keçirilmiş nüfuzlu “Mobile World Congress Barcelona 2024” tədbirində təmsil olunub və tədbir çərçivəsində iştirakçılarda böyük marağa səbəb olub.

Tətbiqin məqsədi uşaqlara və yeniyetmələrə maliyyə sahəsi haqqında öyrətmək və ağıllı pul idarə etmə bacarıqlarını inkişaf etdirməkdə onlara dəstək olmaqdır.

Maliyyə savadlılığının şəxsi maliyyəni idarə etmək üçün vacib olduğunu, xüsusilə uşaq və yeniyetmələr üçün əhəmiyyətini nəzərə alaraq “KidFi” tətbiqi bu istiqamətdə onlara real həyat təcrübəsinin qazanılmasına kömək edəcək. Tətbiq zəngin interaktiv videoların sayəsində uşaqlar və yeniyetmələrdə səmərəli xərcləmə vərdişlərinin formalaşmasına da töhfə verəcək.

Tətbiqin fəal istifadəsi sayəsində uşaqlar və yeniyetmələr maliyyə qərarlarının qəbulu, büdcənin müstəqil və məsuliyyətli şəkildə idarə edilməsində mühüm vərdişlərə yiyələnə biləcəklər. Tətbiq vasitəsilə valideyn uşağına rəqəmsal kart sifariş edə və ona gündəlik cib xərcliyini də köçürə bilər.

Oyun əsaslı maarifləndirici tətbiq iki versiyadan “KidFi Parent” və “KidFi” versiyalarından ibarətdir. Tətbiqi “Google Pay” və “Apple Store” vasitəsilə yükləyə və qeydiyyatdan keçərək istifadə etmək mümkündür.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img