Sahibkarlar üçün B2B Marketplace

(®) Epoint.az SMB müştəriləri üçün innovativ həllini təqdim edir – sahibkarlar üçün B2B Marketplace. Epoint-in Azərbaycanda e-ticarət məhsullarının rəqəmsal inkişafı və təşviqi üzrə tərəfdaşı rəqəmsal ödənişlər sənayesində dünya lideri Visa şirkətidir. 

Epoint Inc. Sahibkarların bir-birlərinə xidmətlərini vahid platformada təklif etmələrinə kömək edəcək yeni məhsulumu – B2B Marketplace-i təqdim etməkdən məmnundur. Platforma bizneslərə öz xidmətlərini onlayn şəkildə tanıtmaq, eləcə də bizneslərini inkişaf etdirmək üçün digər sahibkarlardan xidmətlər almaq, unikal və tələb olunan təkliflər tapmaq imkanı verir.

Epoint ilə inteqrasiya sayəsində rəqəmsal formatda bütün xidmətlərin göstərilməsi hər bir biznes üçün əlçatandır.

“Bizim konsepsiyamız Apple və Google tərəfindən IOS və Android platformalarında edilən inqilaba əsaslanır. Biz bu platformanı dünya üzrə tərtibatçıları və biznes sahiblərini rəqəmsal platforma vasitəsilə birləşdirərək və bir kliklə bizneslərini böyütmək üçün lazımi xidmətləri onlayn əldə etməyi mümkün etməklə inkişaf etdirdik.

Marketplace-da öz komandamız tərəfindən yaradılmış funksiyalar, eləcə də digər şirkətlərin xidmətləri təqdim olunacaq. Biz beynəlxalq şirkət olduğumuz üçün, biznes müştərilərimiz bütün dünyada fəaliyyət göstərən xidmət təminatçılarına daha sərfəli şərtlərlə çıxış əldə edəcəklər.

Hazırda platformada 900-dən çox biznes müştərimiz var ki, onlar bazarda təqdim olunacaq əlavə xidmətlərdən yararlana, eləcə də öz xidmətlərini digər sahibkarlara təqdim edə bilərlər.

Başlanqıcda, biz otellər, hostellər, qonaq evləri və fərdi icarəyə verilən evlərin biznesləri üçün avtomatlaşdırılmış “Hotel Management” idarəetmə sistemini təqdim edirik. Bu sistem vasitəsilə, hər bir kiçik otelin və ya hostelin belə satışlarının idarəetmə paneli olacaq, və xidmətlərini, onlara pulsuz təqdim etdiyimiz şəxsi veb səhifədə təqdim edə biləcəklər. Müştəriləri rahatlıqla oteldə olan nömrələrin sayını, xarici və daxili görünüşü ilə tanış olub rezervasiya edib ödənişlərini edə biləcəklər. Vahid platforma vasitəsi ilə bütün sifarişlər, analitika və nömrələrin mövcudluğu idarə olunacaq. İlk qoşulan müştərilərə bu xidmət pulsuz təqdim olunacaq.

Hotel Management sistemi rezervasiyaların idarə edilməsi üçün adaptiv interfeys təqdim edir ki, bu da personalın uzunmüddətli təliminə ehtiyacı minimuma endirir və otel qonaqları asanlıqla və tez, uyğun otaq və ya çarpayı seçə, rezervasiya haqqını onlayn ödəyə və tətildən həzz ala bilərlər. Əminik ki, bizim inkişafımız ölkənin Turizm sektoruna daha da böyük təkan verəcək və bu sənayedəki bütün müəssisələrin rəqəmsallaşmasına kömək edəcək.

Bu yeni məhsulların ardınca, biz çox yaxında Çatdırılma, SMS göndərmə, Marketinq alətləri və biznesinizi bir kliklə onlayn tanıtmaq üçün tam inteqrasiya olunmuş xidmətləri işə salmağı planlaşdırırıq.

Bizim Marketplace, yeni məhsulların və texnoloji imkanların köməyi ilə biznesin daha da rəqəmsallaşmasına və bununla da ölkənin rəqəmsal biznes mühitinin daha da böyüməsinə töhfə verəcək. Əminik ki, bazarda yeni proqram təminatların və məhsulların köməyi ilə biz biznesin onlayn rejimdə aparılması prosesini sürətləndirə və ölkədə nağdsız ödənişlərin artımını stimullaşdıra biləcəyik”, – Epoint statapının təsisçisi və direktoru Zeynal Kərimzadə bildirib.

Epoint Azərbaycandan 500 Global beynəlxalq akselerasiya proqramına seçilən və investisiya cəlb edən ilk Fintex şirkətidir.

Platforma haqqında sizi maraqlandıran bütün məlumatları +99470 242 99 66 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.

Rəsmi internet saytı – https://epoint.az

Email – info@epoint.az

Epoint.az sosial şəbəkələrdə – FacebookInstagramLinkedin

spot_imgspot_img

Oxşar xəbərlər

Shein IPO-ya gedərkən dəyərinin dörddə üçünü itirdi

Shein, 2022-ci ildəki 98 milyard dollarlıq qiymətləndirməsindən sonra IPO zamanı dəyərinin əhəmiyyətli hissəsini itirib.

AI agentləri maliyyə institutlarına tənzimləyici dəyişiklikləri idarə etməyə necə kömək edir?

Maliyyə institutları tənzimləyici dəyişikliklərə uyğunlaşmaq üçün AI agentlərindən istifadə edir.

Süni intellekt kreditləşmədə inqilab edir: yeni kredit həyat dövrü

Banklar kredit verməkdə AI-dən istifadə edərək prosesləri optimallaşdırır və riskləri daha dəqiq qiymətləndirir.

AML transformasiyasında süni intellekt: Hype olmadan real dəyişiklik

Süni intellekt AML proseslərini dəyişdirə bilər, lakin real nəticələr üçün düzgün strategiya və gözləntilərin idarə edilməsi lazımdır.

Süni intellektlə kredit vermə: banklar üçün yeni dövr

Süni intellekt bankların kredit vermə prosesini transformasiya edir, risk qiymətləndirməsini daha dəqiq edir və prosesləri avtomatlaşdırır.
spot_img