KidFi – Maliyyə savadlılığını gücləndirən platforma

Startap sahəsində təcrübəsi olan Asif İbrahimov, bu günə qədər 10-a yaxın layihənin başında olub. Hər biri ona qiymətli təcrübələr qazandırıb ki, bunları sonrakı layihəsində – KidFi startapında tətbiq edib. A.İbrahimov bildirib ki, onun əvvəlki layihələri müxtəlif sahələri – idmanı, təhsili, psixologiyayı əhatə edib: “İlk startapım oyun sektorunda idi. Bu sahədəki boşluğu və cəmiyyətin bu sahəyə olan marağını gördük. Bu startap uğurlu oldu və biz onu dövlətə satdıq. Digər layihələrim isə ölkənin rəqəmsallaşmasının hələ tam formalaşmamış olması səbəbindən uğursuz oldu. Bununla belə, hər bir uğursuzluq sonrakı startap üçün dəyərli dərslər verir. Uğursuzluq, növbəti layihənizdə nələri edib-etməməli olduğunuzu aydınlaşdırır”.

“Maliyyə savadlılığı uşaq yaşlarından öyrənilməlidir”

A.İbrahimov əvvəlki təcrübələrindən də söz açıb: “İlk olaraq bu sahə üçün uyğun, startap və investisiya nə olduğunu bilən, startapın mənsub olduğu sahəni dərk edən təsisçi seçməyin vacibliyini öyrəndim. Həmçinin, uğurlu bir startap üçün müxtəlif bacarıqlara malik, eyni məqsədə yönəlmiş komanda toplamağın əhəmiyyətini gördüm. Startaplarda investorların təzyiqləri ilə tələsmədən, düşünülmüş addımlar atmağın mühüm olduğunu öyrəndim. Tez nəticələr əldə etməyə çalışmaq, əslində uğurlu bir startap qurmağa mane olur”.

“KidFi” platforması maliyyə savadlılığının təbliğinə kömək edir: “Maliyyə savadlılığının uşaqlıqdan öyrənilməsi lazımdır. Doğru əsas qoyulduqda insan özünü inkişaf etdirə bilər. Bizdə orta təhsildə maliyyə savadlılığı tədris edilmir. Nəticədə insanlar maliyyə idarəetmə və investisiya qabiliyyətlərini inkişaf etdirə bilmirlər. Bu günün dünyası investisiyalara söykənir. Müxtəlif investisiya metodları mövcuddur və maliyyə savadlılığı bu kontekstdə əhəmiyyətlidir”.

“KidFi” platforması, maliyyə biliklərini oyunlaşdırma yolu ilə, uşaqlara maliyyə savadlılığını öyrədir: “Tətbiqimizi yükləyən uşaqlar əyləncəli videolarla maliyyə bacarıqlarını artırır. Valideynlər rəqəmsal cüzdan yaradaraq uşaqlarına müxtəlif tapşırıqlar verə bilərlər. Uşaqlar öyrənərkən mükafatlar qazanır və qazandıqları bonusları bazarda endirimlər və hədiyyələrlə dəyişə bilərlər. KidFi, interaktiv dərslər, real mükafatlar və rəngarəng interfeys vasitəsilə öyrənmə prosesini daha maraqlı edir”.

spot_imgspot_img

Oxşar xəbərlər

Trump Ağ Evdə kripto fırıldaqçılığına qarşı tədbir keçirir: xarici cinayət şəbəkələri hədəfdə

Ağ Evdə kripto fırıldaqçılığına həsr olunmuş tədbir keçirilir. ABŞ xarici cinayət şəbəkələrinin sxemlərinə qarşı mübarizəni gücləndirir.

eBay işçi qüvvəsinin 9 faizini ixtisar edir: 2026-cı ildə ikinci dalğa

eBay 2026-cı ildə ikinci dəfə ixtisara gedir: işçi qüvvəsinin 9 faizi azaldılacaq. Səbəb xərclərin optimallaşdırılması və avtomatlaşdırmadır.

«Alfa-Bank» video platforması işə salmağı planlaşdırır

«Alfa-Bank» rəqəmsal xidmətlər portfelini genişləndirərək video platforması yaratmağı planlaşdırır.

GM OnStar platformasını süni intellektlə yeniləyir: 30 illik sistemin ən böyük dəyişikliyi

GM 30 illik OnStar platformasını süni intellekt əsasında tamamilə yenidən qurur. Bu, bağlantılı avtomobil xidmətlərində ən böyük dəyişiklik kimi qiymətləndirilir.

Bitcoin risk idarəetməsi populyarlaşır: sadəcə qiymətə mərc dövrü bitir

Bitcoin bazarında risk idarəetməsi alətlərinə maraq artır. İnvestorlar sadə spekulyasiyadan peşəkar strategiyalara keçid edirlər.
spot_img