Kapital Bank-ın açıq API portalı müasir həll üsullarını əlçatan edir

(®) Ölkənin birinci bankı Kapital Bank-ın açıq API portalı bu sahədə ən qabaqcıl beynəlxalq təcrübədən istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz təklif olunur.

Biznes sahibləri bankın API məhsullarını öz sistemlərinə inteqrasiya etməklə vaxta qənaət edərək aşağıda qeyd olunan əməliyyatları bir mənbədən gerçəkləşdirə bilər:

 Avtorizasiya: İstifadəçi adına uyğun token əldə edərək, məhsullardan yararlanmaq

– Ölkədaxili köçürmələr

– Ölkəxarici köçürmələr

– Nağdsız valyuta mübadiləsi

– Hesab və kart məlumatları: (Kapital Bank hesab və kart çıxarışlarının əldə edilməsi)

– Kartlara mədaxil ( Əmək haqqı kartlarına köçürmələrin edilməsi)

– Kart sifarişləri ( Kartların birbaşa öz sistemindən sifariş edilməsi)

– POS məlumatları (POS çıxarışlarının əldə olunması)

– E-ticarət məlumatları (E-com çıxarışlarının əldə olunması)

Qeyd edək ki, API fərqli sistemlər arasında qarşılıqlı əlaqəni asanlaşdıran bir texnoloji həlldir. API dünyanın bir sıra nüfuzlu bankları tərəfindən aktiv şəkildə istifadə olunur. Siz də Birbank Biznes əməliyyatlarınızı öz sisteminizdə idarə etmək istəyirsinizsə elə indi müraciət edə bilərsiniz.

Ətraflı məlumat əldə etmək və qoşulmaq üçün: https://api.birbank.business/

spot_imgspot_img

Oxşar xəbərlər

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...

“PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bank sektorunda...

iyzico ilə Paynet-in birləşməsi tamamlanıb

iyzico-nun Paynet-i satın almasından sonra iki şirkətin birləşmə prosesi...
spot_img