“Instagram” bir ayda Azərbaycandakı bazar payının 1/3-ni itirib

Bu ilin avqust ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 25,49 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin avqust hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 12,67 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 7 faiz bəndi azdır. Nəticədə sosial şəbəkə əvvəlki aya nisbətən avqustda bazar payının 33 %-ni itirib.

İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 21 faiz bəndi, il ərzində isə 19,06 faiz bəndi artaraq 43,8 % təşkil edib.

Növbəti yerdəki “Pinterest”in bazar payı iyula nisbətən 2,41 faiz bəndi, 2023-cü ilin avqust ayı ilə müqayisədə 4,3 faiz bəndi azalaraq 12,43 % enib.

Dördüncü pillədəki “YouTube”un bazar payı ay ərzində 3,1 faiz bəndi, illik isə 3,83 faiz bəndi azalaraq 8,07 %-ə düşüb.

İlk beşliyi 5,9 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı iyul ayına nisbətən 1,6 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 4,46 faiz bəndi artıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Türkiyədə E-ticarət üçün stopaj vergisi 1% olaraq təyin edildi

Rəsmi Qəzetdə yayımlanan qərara əsasən, e-ticarət çərçivəsində həyata keçirilən...

Epoint-da Pulqabı ödənişləri! Bütün ödənişlər bir yerdə

Epoint platformasında bizneslər üçün yeni imkanlar təqdim edilir! Epoint-a...

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!

ABB və AZAL səyahətsevərlər üçün unikal bir məhsulu —...

Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir

Azərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha...

“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

Bir poçt müştərisi poçt şöbəsinə yaxınlaşmadan onu maraqlandıran bir...
spot_img