İnnovasiya ekosistemi oyunçularının sertifikatlaşdırılması və akkreditasiyası proqramına yekun vurulub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Qlobal İnnovasiya İnstitutu və “Code Academy” ilə əməkdaşlığı çərçivəsində keçirilən İnnovasiya Ekosistemi Oyunçularının Sertifikatlaşdırılması və Akkreditasiyası Proqramının yekun bağlanış tədbiri baş tutub.

Tədbirdə innovasiya ekosisteminin oyunçuları, universitetlər, akselerasiya və inkubasiya mərkəzləri, həmçinin korporativ sektorun nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan İRİA-nın sədr müavini Rəşad Xalıqov qurumun innovasiya ekosistemi quruculuğunda insan kapitalının inkişafı üzrə fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, İRİA dünyanın aparıcı innovasiya mərkəzləri ilə birgə beynəlxalq sertifikatlaşdırma, mentor və təlimçi hazırlığı proqramları həyata keçirib, 200-dən çox ekspert bu cür inkişaf proqramlarında iştirak edib, 30-dan çox innovasiya ekosistemi üzvü qurumun dəstəyi ilə “Founders Academy” kimi beynəlxalq proqramdan dəyərli təcrübə əldə edib.

R. Xalıqov, həmçinin Qlobal İnnovasiya İnstitutu ilə həyata keçirilən proqramın ekosistem üçün önəmini vurğulayıb: “Proqram sayəsində yerli mütəxəssislərimiz innovasiyanın təhsil, dövlət sektoru, innovasiya, akselerasiya, inkubasiya proqramları və özəl sektor kimi müxtəlif sahələrdə tətbiqinə dair, eləcə də həmin sahələrdə innovativ strategiya quruculuğu, innovasiya proseslərinin dizaynı və qiymətləndirilməsi üzrə qabaqcıl bilik və təcrübələrə yiyələniblər”.

Tədbirin davamında Qlobal İnnovasiya İnstitutu və “Code Academy” nümayəndələri proqramın gedişatı və əldə olunmuş nəticələr haqqında çıxış ediblər. Daha sonra sertifikat almış iştirakçıların layihə təqdimatı baş tutub.

Qeyd edək ki, mütəxəssislərlə yanaşı, bu proqramda innovasiya fəaliyyəti ilə məşğul olan qurumlar iştirak ediblər və proqramın yekunu olaraq rəsmi qlobal akkreditasiya əldə ediblər. Proqramdan məzun olan 38 mütəxəssis 45 beynəlxalq sertifikata, 8 ekosistem oyunçusu isə akkreditasiyaya yiyələniblər.

Beləliklə, proqram yalnız fərdlərin deyil, həm də təşkilatların beynəlxalq səviyyədə tanınmasını mümkün edir. Yerli mütəxəssislər beynəlxalq sertifikatlara yiyələnərək bilik və təcrübələrini, digər tərəfdən isə şirkət və təşkilatlar akkreditasiyadan keçməklə keyfiyyət göstəricilərini qlobal standartlara uyğunlaşdırırlar.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img