“İkas” “Neftçi” PFK-nın rəsmi sponsoru oldu!

“Neftçi” PFK ilə Türkiyənin məşhur elektron ticarət infrastrukturu brendi “İkas” arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Razılaşmaya əsasən, “İkas” “Neftçi” PFK-nın məhsullarının satışını təşkil edəcək onlayn fan-mağazasının veb saytını və texniki infrastrukturunu quracaq.

“İkas” bizimlə – Azərbaycanın ən köklü klubu ilə əməkdaşlığa imza atmaqla həm təcrübəsini beynəlxalq arenaya çıxarır, həm də Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq bağlarını idman meydanlarından e-ticarət dünyasına daşıyır.

Qeyd edək ki, Türkiyədə idmanın inkişafına dəstək olmaq missiyası ilə yola çıxan “İkas” ad sponsoru kimi “Eyüpspor”un yaşıl meydanlardakı uğurlarında pay sahibi olmaqla yanaşı, Türkiyə Sığorta Basketbol Super Liqasının baş sponsoru olaraq da qardaş ölkədə basketbolun inkişafına öz töhfəsini verir.

“İkas” idman klublarını təkcə sponsorluqlarla deyil, həm də təklif etdiyi rəqəmsal həllərlə də dəstəkləyir. E-ticarət infrastrukturu sayəsində klubların mağazalarını rəqəmsal dünyaya çıxarır və onlara öz azarkeşləri ilə daha güclü bağ yaratmaq imkanı verir, klublara öz məhsullarını dünyadakı azarkeşlərinə tez, etibarlı və asanlıqla çatdırmaq şəraiti yaradır.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img