“IDDA Awards” müsabiqəsinin qalibləri elan olunub

Azərbaycanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə keçirilən “IDDA Awards” müsabiqəsinə bu il 8 nominasiya üzrə 162 müraciət daxil olub.

Bu barədə müsabiqənin mükafatlandırma mərasimində İRİA-nın rəsmiləri məlumat veriblər. Müraciətlər iki mərhələdə — açıq ictimai səsvermə və 24 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib. Səsvermə mərhələsində 58 mindən çox vətəndaş iştirak edib, qaliblər isə mükafatlandırma tədbiri çərçivəsində elan olunub.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov bildirib ki, “IDDA Awards” müsabiqəsi 4 il ərzində ümumilikdə 500-ə yaxın iştirakçını əhatə edib və innovasiya ekosistemi tərəfindən böyük maraqla qarşılanır. Onun sözlərinə görə, 2025-ci ildə innovasiya mərkəzlərinin inkişafı, insan kapitalının gücləndirilməsi və maliyyə ekosisteminə çıxış istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli isə qeyd edib ki, 2025-ci ildə vençur fondları vasitəsilə startaplara 760 min ABŞ dolları həcmində investisiya yönəldilib. İl ərzində 40 startap proqramı, o cümlədən inkubasiya, akselerasiya və hakatonlar keçirilib, 500-dən çox startap müxtəlif formada dəstək alıb.

Onun sözlərinə görə, bu il 45 texnopark rezidenti qeydiyyata alınıb, 6 innovasiya mərkəzi fəaliyyətə başlayıb, 5 universitetdə startap proqramları həyata keçirilib. Mentorluq və icma tədbirləri çərçivəsində 300-dən çox tədbirdə 14 min iştirakçı yer alıb. Agentliyin innovasiya proqramlarına il ərzində 5 436 müraciət daxil olub.

Bununla yanaşı, vençur maliyyələşməsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır. Bildirilib ki, hazırda milli vençur maliyyələşməsi üçün hüquqi çərçivənin formalaşdırılması məqsədilə müvafiq dövlət qurumları ilə əməkdaşlıq edilir.

Qeyd olunub ki, 2025-ci ildə Naxçıvan və Gəncədə, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birgə yaradılan innovasiya mərkəzləri istifadəyə verilib, ABŞ-nin “Plug & Play” innovasiya platforması ilə əməkdaşlığa başlanılıb.

“IDDA Awards” müsabiqəsi innovativ layihələrin tanıdılması, startapların şəbəkələşməsi və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi baxımından ölkənin innovasiya ekosistemində əsas platformalardan biri hesab olunur.

spot_imgspot_img

Oxşar xəbərlər

Base-in 1:1 təminatlı tokenləşdirilmiş səhmləri yaxında təqdim olunacaq

Base Ethereum Layer-2 şəbəkəsi, real aktivlərlə təminatlı tokenləşdirilmiş səhmlərin buraxılışını elan etdi. Bu, fintex sektorunda mühüm inkişafdır.

İran Bəhreyndə Amazon məlumat mərkəzinə zərbə endirdi

İran Silahlı Qüvvələri Bəhreyndə yerləşən Amazon məlumat mərkəzinə hücum etdi.

ABŞ məhkəməsi Anthropic ilə 1,5 mlrd. dollarlıq barışıq sazişini təsdiqlədi

San-Fransisko məhkəməsi Anthropic şirkətinin müəlliflərlə 1,5 milyard dollarlıq barışıq sazişini təsdiqlədi.

Böyük Britaniya parlamentindən kripto biznesləri üçün bank məhdudiyyətləri araşdırması

Böyük Britaniya parlamentinin Kripto və Rəqəmsal Aktivlər Qrupu bankların kripto bizneslərinə qarşı məhdudiyyətlərini araşdırır.

Colossal Biosciences 20-30 milyard dollar dəyərlənmə ilə investisiya almağa hazırlaşır

Nəsli kəsilmiş heyvanları geri qaytarma startapı Colossal Biosciences-in dəyərlənməsini ikiqat artırmaq üçün danışıqlar apardığı bildirilir.
spot_img