“Google Gemini”nin Azərbaycandakı bazar payı artıb

Ötən ilin dekabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 90,78 % təşkil edib.

“Statcounter” agentliyinə istinadən bu, noyabr ayına nisbətən 3,29 faiz bəndi azdır.

İkinci pillədəki “Google Gemini”nin bazar payı ay ərzində 2,33 faiz bəndi artaraq 4,24 % təşkil edib. Beləliklə onun bazar payı ay ərzində 2,2 dəfə artıb.

Növbəti yerdə qərarlaşan “Perplexity”nin bazar payı dekabrda 0,97 faiz bəndi artaraq 2,88 % olub.

Dördüncü yerdəki “Microsoft Copilot”un bazar payı 1,7 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,1 faiz bəndi azdır.

İlk beşliyi 0,4 %-lik bazar payı ilə “Claude” qapayır. Onun payı noyabr ayı ilə müqayisədə 0,08 faiz bəndi artıb.

Müxtəlif platformaların bazar payına görə AI “chatbot”larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“ChatGPT” – 90,68 % (noyabra nisbətən 3,25 faiz bəndi az);

“Google Gemini” – 4,19 % (+2,55 faiz bəndi);

“Perplexity” – 2,82 % (+0,92 faiz bəndi);

“Microsoft Copilot” – 1,88 % (-0,27 faiz bəndi);

“Claude” – 0,44 % (+0,06 faiz bəndi).

Mobil cihazlarda:

“ChatGPT” – 91,72 % (-3,05 faiz bəndi);

“Google Gemini” – 4,73 % (+1,46 faiz bəndi);

“Perplexity” – 3,55 % (+1,59 faiz bəndi);

Planşetlərdə:

“ChatGPT” – 100 % (dəyişməyib);

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img