GoldenPay şirkətinin 2023-cü il üzrə maliyyə göstəriciləri açıqlandı!

Azərbaycanda ilk onlayn ödəmələr şirkəti, Hesab.az portalının yaradıcısı “QoldenPey” ASC 2023-cü il üzrə maliyyə və digər göstəricilərini açıqlayıb.

GoldenPay şirkətinin idarə heyətinin sədri – Eynar Abdullayevdən aldığımız məlumata əsasən, bu il fəaliyyətinin 17-ci ilində olan şirkətin göstəricilərində əvvəlki il ilə müqayisədə xeyli artım müşahidə olunub.

Belə ki, şirkətin 2023-cü il maliyyə nəticələri əvvəlki ilnən müqayisədə ciddi artım nəzərə alınmışdır. Belə ki, 2023-cü ilin ümumi dövriyyəsi 712,963,853 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 14.2% artmışdır (2022: 624,049,576 manat).

2023-cü ildə Şirkətin gəlirləri 13,086,027 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 17.3% artmışdır (2022: 11,155,208 manat). 2023-cü ildə “QoldenPey” ASC-nin xalis mənfəəti 2,196,775 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2.3% artmışdır (2022: 2,147,517 manat).

2023-cü il sonu etibarilə “QoldenPey” ASC-nin cəmi aktivləri 8,715,260 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31.5% artmışdır (2022: 6,625,556 manat). 2023-cü il sonu etibarilə cəmi kapital (xalis aktivlər) 6,811,875 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 47.6% artmışdır (2022: 4,615,100 manat).

Bu artımı həm də Hesab.az onlayn xidmətlər platforması üzrə də müşahidə etmək mümkündür. Belə ki, platformanın 2022-ci ildə 710 min qeydiyyatlı istifadəçi sayı olduğu halda, 2023-cü ildə bu rəqəm 770 minə kimi yüksəlmişdir. Bu da platformanın qeydiyyatlı istifadəçi sayında bir il ərzində 9% artım olduğunu göstərir. Hazırda isə, platformada qeydiyyatlı istifadəçi sayı 780 mindən çoxdur.

Qeyd edilib ki, 14 Aprel tarixində yaradılışının 13-cü ilini qeyd edən Hesab.az, bu artıma funksional yenilikləri, ödəmə xidmətlərinin genişləndirilməsi, göstərdiyi xidmət keyfiyyəti ilə müştəri məmnuniyyətinin təmin edilməsi və həmçinin də həyata keçirilən müxtəlif kampaniyaları ilə nail olmuşdur. 

Şirkətdən aldığımız məlumata əsasən, 2024-cü ildə şirkətin göstəricilərinin daha da artırılması, yeni məhsul və xidmətlərin təqdim olunması və bazardakı mövqeyinin saxlanılması nəzərdə tutulur. 

spot_imgspot_img

Oxşar xəbərlər

Amazon, telefonlara birbaşa peyk bağlantısı təmin edəcək LEO şəbəkəsi üçün müraciət etdi

Amazon, 5000-dən çox alçaq Yer orbiti peyki ilə telefonlara birbaşa bağlantı təmin edəcək LEO şəbəkəsi üçün FCC-ə müraciət edib.

Microsoft, ilk kibertəhlükəsizlik AI modeli MAI-Cyber-1-Flash və Project Perception-ı təqdim etdi

Microsoft, kibertəhlükəsizlik üçün ixtisaslaşmış ilk süni intellekt modeli MAI-Cyber-1-Flash və agent əsaslı təhlükəsizlik sistemi Project Perception-ı təqdim etdi.

Wildberries və Ozon satıcı şərtlərini dəyişdi: ödəniş və logistika yenilikləri

Rusiyanın ən böyük e-ticarət platformaları Wildberries və Ozon, satıcılara əlverişsiz şərtlər tətbiq etdikləri üçün FAS-ın tələblərini yerinə yetirərək ödəniş və logistika siyasətlərini yeniləyib.

Fish Audio yaradıcılar və müəssisələr üçün süni intellekt səs modelləri üçün 50 milyon dollar seed investisiya aldı

Süni intellekt səs modelləri üzrə ixtisaslaşan Fish Audio, 50 milyon dollarlıq seed investisiya turunu başa vuraraq 8 milyon istifadəçiyə və 21 milyon dollar illik gəlirə nail olub.

OpenAI-nın Hugging Face pozuntusu süni intellekt idarəsi müzakirələrini yenidən alovlandırdı

OpenAI-nın Hugging Face hesabının pozulması, süni intellektin idarəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirdi.
spot_img