Gələn ay Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq

Bu ilin oktyabr ayında Bakı və Sumqayıt şəhərlərində ilk innovasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Bu barədə Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnara Vəliyeva “Chain Reaction 2024” forumu çərçivəsində keçirilən “Mədəniyyət olaraq innovasiyalar” adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, ilin sonuna kimi Gəncədə, gələn il isə Bakıda daha bir neçə innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır: “Bakıda olan mərkəzi biz yaradırıq, Gəncə və Sumqayıtda açılacaq mərkəzlər üzrə isə tərəfdaşlarımızla iş aparırıq. Onlara bu işdə həm maliyyə həm də kontent dəstəyi göstəririk.

Hədəfimiz bu mərkəzlərdə təqaüd, təhsil, inkubasiya proqramlarını cəmləşdirməklə, regionlarda şahibkarlıq düşüncəsinin, xüsusən texniki sahədə startapların yaradılmasını stumullaşdırmaqdır. Çünki innovasiya mərkəzləri innovasiya mədəniyyətinin formalaşması üçün çox vacibdir. Bu, nəticə etibarı ilə yeni ideyaların formalaşması üçün münbit şərait yaradır. Böyük şirkətlərdə bu cür ideyalara böyük tələbat var, startaplar isə öz növbəsində məhsullarını satmaq üçün imkan əldə edəcəklər”.

Dövlət-özəl tərəfdaşlığının təşəbbüslərin davamlılığını təmin etməyə kömək edəcəyini deyən İ. Vəliyeva, biznes sektorunun onların uzunmüddətli inkişafında əsas rol oynayacağını əlavə edib.

spot_imgspot_img

Oxşar xəbərlər

n11 yeni loqosunu təqdim edib

Türkiyənin ən köklü e-ticarət platformalarından biri olan n11, on...

PayPal ChatGPT-yə inteqrasiya olunur: Süni intellektdə ödənişlərin yeni mərhələsi

PayPal süni intellekt sahəsində mühüm bir addım ataraq, ChatGPT-yə...

Papara-nın elektron pul lisenziyası ləğv edildi

Türkiye Cumhuriyet Merkez Bankası (TCMB), Papara-nın elektron pul qurumu...

“Azərbaycan Fintex Assosiasiyası”na yeni sədr təyin edilib

"Azərbaycan Fintex Assosiasiyası" ("Azfina") İctimai Birliyinin İdarə Heyəti (İH)...

Western Union Solana üzərində dollar dəstəklı stabilkoin buraxacaq

Dünyanın ən qədim pul köçürmə şirkətlərindən biri olan Western...
spot_img