Epoint-da Pulqabı ödənişləri! Bütün ödənişlər bir yerdə

Epoint platformasında bizneslər üçün yeni imkanlar təqdim edilir! Epoint-a qoşulan sahibkarlar və hüquqi şəxslər, ödənişləri kart ödənişlərindən əlavə, M10, Portmanat, Epul elektron pulqabıları və Birbank mobil tətbiqi vasitəsilə vahid bir platformada qəbul edə biləcəklər.

Bu yenilik müştərilərimiz üçün əlavə rahatlıq yaradaraq, ödəniş prosesini daha əlçatan edir.

Elektron Pulqabı ilə Ödənişlərin Üstünlükləri

– Rahatlıq və əlçatanlıq:

Elektron pulqabılar müştərilərinizə ödənişləri istənilən yerdən və istənilən vaxt tez və rahat həyata keçirmək imkanı təqdim edir. Bu texnologiya, xüsusən mobil cihazlar vasitəsilə alış-veriş edənlər üçün böyük üstünlükdür, müştərilərin gözləntilərinə tam cavab verir.

– Ehtiyat ödəniş vasitəsi:

Digər ödəniş üsulları əlçatan olmadıqda, elektron pulqabılar müasir və təhlükəsiz alternativ kimi çıxış edir. Bu, müştərilər üçün daha çox seçim imkanı yaradır və bizneslərin müştəri məmnuniyyətini artırmasına kömək edir.

– Təhlükəsizlik və məlumatların qorunması:

Epoint platformasında elektron pulqabılar vasitəsilə həyata keçirilən bütün ödənişlər qabaqcıl şifrələmə texnologiyaları ilə qorunur. Bu, müştərilərinizin maliyyə məlumatlarının təhlükəsizliyini təmin etməklə yanaşı, onlara inam yaradır və ödəniş prosesini daha etibarlı edir.

– Texnoloji çeviklik:

Epoint platforması müxtəlif elektron pulqabıları dəstəkləyir və bu, bizneslərin dəyişən müştəri ehtiyaclarına tez uyğunlaşmasını təmin edir. Elektron pulqabılar həm də ödəniş proseslərini daha müasir və praktiki edir.

– Əməliyyat xərclərinin azalması:

Epoint olaraq, biz bizneslərə hər zaman müştərilərinin tələblərinə cavab verən ən müasir həllər təqdim etməyə çalışırıq. Elektron pulqabı vasitəsilə ödənişlərin qəbul edilməsi bu strategiyanın bir hissəsidir. Elektron pulqabılar daha az komissiya ilə ödənişləri emal etməyə imkan verir, bu da biznes üçün iqtisadi fayda yaradır. Artıq bizneslər daha çox müştəri cəlb edə, dövriyyələrini artıra və müştərilərinə daha yaxşı xidmət göstərə bilərlər.

“Epoint hər zaman innovativ həllər təqdim etməyi hədəfləyir. Bizim məqsədimiz, bazarda olan bütün ödəniş üsullarını vahid bir platformada mərkəzləşdirib müştərilərimizə rahat qoşulmanı təmin etməkdir. Biz ölkədə ilk dəfə olaraq omnikanal ödənişlərinin tətbiqini bazara təklif edirik. Bu müştərilərimizin həm xərclərini azaltmaq, həm sürətli və keyfiyyətli xidmət almaq, həm də banklardan birbaşa asılığı azaldaraq, müstəqil xidmətlərdən istifadə etmək imkanları yaradır. Elektron pulqabı ödənişlərinin Epoint platformasına inteqrasiyası müştərilərimizin istəklərini nəzərə alaraq həyata keçirilmiş bir addımdır. Bu yenilik, xüsusilə sürətli və alternativ ödəniş üsullarına ehtiyac duyan müştərilər üçün ideal həll yoludur. Biz müştərilərimizin ödəniş prosesini rahat, sürətli və təhlükəsiz etməyi davam etdirəcəyik,” —  Epoint Inc. şirkətinin təsisçisi və direktoru Zeynal Kərimzadə bildirdi.

Daha çox məlumat üçün:

Veb-sayt: epoint.az

Telefon: +99470 242 99 66

E-poçt: info@epoint.az

spot_imgspot_img

Oxşar xəbərlər

Mecka robotların təlimi üçün real dünya məlumatları toplayaraq 60 milyon dollar investisiya alıb

Robotların təlimi üçün real dünya məlumatları toplayan Mecka startupı 60 milyon dollarlıq B seriyalı investisiya cəlb edib.

Wall Street tokenləşdirmə bumunda bitcoin və etherdən böyük qazananlar ola bilər

Citrini hesabatı tokenləşdirmə bumunda ən böyük qazananların bitcoin və ether deyil, yeni maliyyə platformaları ola biləcəyini bildirir.

OpenAI süni intellekt təhlükəsizliyi üzrə işdən çıxarılan tədqiqatçılar ittihamları rədd edir

OpenAI-dən işdən çıxarılan üç təhlükəsizlik tədqiqatçısı ittihamları rədd edərək açıq məktub yayımlayıb və şirkətdə soyuducu təsir yarandığını bildirib.

Netflix OpenAI-ın Hugging Face-ə hücumu barədə sənədli film çəkəcək

Netflix 12 oktyabr 2026-cı ildə OpenAI-ın süni intellekt agentlərinin Hugging Face platformasına hücumu barədə sənədli film yayımlayacaq.

«T-Bank» və SlovoDna beş yeni debet kart dizaynı təqdim etdi

T-Bank və SlovoDna şirkətləri Black debet kartları üçün beş yeni dizayn hazırlayıb. Dizaynlar maliyyə ilə bağlı ironik ifadələrlə təqdim olunub.
spot_img