Fintexlər sistem əhəmiyyətli ödəniş sistemlərində iştirak edə biləcək

Azərbaycanda fintexlərin sistem əhəmiyyətli ödəniş sistemlərində birbaşa və yaxud dolayı yolla iştirakı təmin ediləcək.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödənişsiz Sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev bildirib

Onun sözlərinə görə, hazırda bir sıra inkişaf etmiş ölkələrdə fintexlərə birbaşa və yaxud dolayı yolla sistem əhəmiyyətli ödəniş sistemlərində iştirak etmək üçün şərait yaradılıb.

“Bu, yaxın gələcəkdə Azərbaycanda da mümkün olacaq. Ödəniş zənciri 3 mərhələdən ibarətdir – avtorizasiya, klirinq və hesablaşma. Bununla, fintexlər hesablaşma mərhələsini özləri təmin edə biləcək və onların banklardan aslılığı azalacaq. Bu da, onların gəlirliliyinə, mənfəətinə müsbət təsir edəcək”, – deyə AMB rəsmisi qeyd edib.

Report

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img