Fərrux Əli yeni yaradılan Future Lab-a direktor təyin edildi

PAŞA Holding-in tərkibində yeni şirkət – Future Lab yaradılıb.

Şirkətin məqsədi PAŞA Holding-ə daxil olan maliyyə şirkətləri üçün yeni məhsulların yaradılması üzrə laboratoriya kimi çıxış etmək və onların biznes ehtiyaclarına uyğun olan həll yollarını daha çevik şəkildə test edib şirkətlərə və bazara təhvil verməkdir. Bu şirkət, eyni zamanda, PAŞA Holding-in innovativ olmaq va ölkədə innovasiya ekosisteminə töhfə vermə məqsədinə də xidmət göstərəcək.

“PAŞA Holding” MMC-nin innovasiyalar üzrə rəhbəri Fərrux Əliyev Future Lab-in baş icraçı direktoru vəzifəsini icra edəcək. Fərrux Əliyev 2015-ci ildə “PAŞA Holding” MMC-ya qoşulub, əvvəlcə korporativ kommunikasiyalara rəhbərlik edib. Fərrux Əli və onun komandası qrup daxilində sahibkarlıq davranışını inkişaf etdirmək üçün platformalar hazırlayıb. Onlar həmçinin, InMerge innovasiya sammitinin ideyası və uğuru da daxil olmaqla, biznesin böyüməsinə töhfə verərək, tərəfdaşlıq etmək va sərmayə qoymaq üçün bir çox imkanlar yaradıblar.

Eyni zamanda bildirmək istərdik ki, Fərrux Əliyev Future Lab-in baş icraçı direktor vəzifəsinə yüksəldiyi üçün onun komanda üzvü Tuğra Musayeva PAŞA Holding Korporativ Mərkəzində İnnovasiyalar Departamentinin gündəlik idarəçiliyini müvəqqəti həyata keçirəcək.

spot_imgspot_img

Oxşar xəbərlər

“Azərbaycan Fintex Assosiasiyası” bazarın inkişafı üçün təkliflər irəli sürüb

Azərbaycanın maliyyə bazarında innovativ inkişafın davamlı olması, "sandbox" rejimi...

Azərbaycan startapları Avropa İnkişaf və Yenidənqurma Bankının Star Venture proqramına seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan və Gürcüstandan...

Shopify ABŞ ticarət qaydalarına qarşı çıxıb

Kanadada yerləşən və dünyanın ən iri onlayn satış platformalarından...

Şayiə: m10 2025-ci ildə yeni ödəniş kartını təqdim edəcək?

Təsdiqlənməmiş məlumatlara görə, M10 müştəri ilə telefon danışığı zamanı...

PAŞA Holding-in “Bir” ekosistemi təqdim olundu – Yeni bir dövrün başlanğıcı

"Bir" ekosistemi "Birbank", "m10", "MilliÖn", "Umico.az" və holdinqin birgə...
spot_img