“Enterprise Azerbaijan”a və Rəqəmsal Ticarət Qovşağına rəhbərlər təyin edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni təyinatlar olub.

Mərkəzdən daxil olmuş məlumatda bildirilir ki, İİTKM-in icraçı direktoru Prof. Dr Vüsal Qasımlının əmri ilə Mərkəzin operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri vəzifəsinə coğrafiya elmləri doktoru İsa Qasımov təyin olunub.

İ.Qasımov bu təyinata qədər Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru kimi fəaliyyət göstərib. O, Azərbaycanda sahibkarlıq, o cümlədən startapların və biznes təşəbbüskarlığının inkişafı üzrə tanınmış mütəxəssisdir. “IDDA AWARDS 2024” müsabiqəsində “Ekosistemin lokomotivi” nominasiyası üzrə ölkə birincisidir.

V. Qasımlının digər əmri ilə Mərkəzin Starteji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədovaya Rəqəmsal Ticarət Qovşağına (RTQ) rəhbərlik etmək həvalə olunub. O, uzun illər müxtəlif dövlət qurumlarında rəqəmsal inkişafın quruculuğu və innovasiya fəaliyyəti sahəsində strateji istiqamətlərin müəyyən olunması və sənədlərin hazırlanması istiqamətində fəaliyyət göstərib. Elektron və ağıllı şəhərlər sahəsində beynəlxalq proqramların məzunudur.

spot_imgspot_img

Oxşar xəbərlər

Apple, X və Airbnb stabilkoinlərin inteqrasiyasını maliyyə tərəfdaşları ilə müzakirə edir – Fortune

Fortune verdiyi məlumata görə, bu texnologiya nəhəngləri “tranzaksiya xərclərini...

Bir – yeni e-ticarət və fintek ekosistemi

Umico brendinin BirMarket adı altında yenidən brendləşdirilməsi gözlənilir. Bu...

m10-un öz ödəniş kartı istifadəyə veriləcək

PashaPay və Mastercard strateji əməkdaşlığın gücləndirilməsi məqsədilə Money 20/20...

Papara-ya qanunsuz mərc əməliyyatı: 8 şirkət və çoxsaylı əmlaka həbs qoyuldu

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan qanunsuz mərc araşdırması...
spot_img