Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq

“Azərpoçt”un “Postcargo” brendi “Temu” platforması ilə birgə fəaliyyətə başlayıb. Belə ki, “Temu” platforması üzərindən yerli istifadəçilərin etdiyi alış-verişlər indi daha sürətli və rahat şəkildə ünvana çatdırılacaq.

“Azərpoçt” MMC rəqəmsal logistika həllərinin genişləndirilməsi istiqamətində növbəti əməkdaşlığa başlayıb. Bu məqsədlə “Azərpoçt” MMC ilə qlobal elektron ticarət platforması olan “Temu” nümayəndələri arasında görüş keçirilib.

Görüşün nəticəsi olaraq “Azərpoçt” MMC-nin beynəlxalq bağlamaların daşınması üzrə ixtisaslaşmış “Postcargo” brendi “Temu” platforması ilə birgə fəaliyyətə başlayıb.

Bu əməkdaşlığın istifadəçilər üçün faydası olduqca mühümdür. Belə ki, “Temu” platforması üzərindən yerli istifadəçilərin etdiyi alış-verişlər indi daha sürətli və rahat şəkildə ünvana çatdırılacaq. Xüsusilə regionlarda yaşayan vətəndaşların bağlamalarının qeyd etdikləri ünvana birbaşa kuryerlə çatdırılması bu layihənin əsas üstünlüklərindən biri hesab olunur.

Qeyd edək ki, hazırda “Postcargo” ölkə üzrə 800-dən çox filial və təhvil-təslim məntəqəsi (PUDO) ilə müştərilərin xidmətindədir.

“Temu” platformasına inteqrasiya Azərbaycanın beynəlxalq ticarət zəncirindəki rolunun genişlənməsinə və milli brendin tanıdılmasına öz töhfəsini verəcək. Bununla yanaşı, sözügedən əməkdaşlıq “Postcargo”ya qlobal bazarın seçimlərini yerli bazara gətirərək müştərilər üçün daha əlçatan və rəqabətədavamlı xidmətlər təqdim etməyə imkan yaradacaq.

“Temu” milyonlarla istehsalçı, brend və biznes tərəfdaşını istehlakçılarla birləşdirən qlobal elektron ticarət platformasıdır. Hazırda dünyanın 90-dan çox bazarında fəaliyyət göstərən “Temu” istehlakçılara münasib qiymətlərlə yüksəkkeyfiyyətli məhsullara çıxış imkanı yaradaraq onların həyat keyfiyyətini yaxşılaşdırmağa önəm verir.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img