Daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İndiyədək KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə 130 “Startap” şəhadətnaməsi verilib.

2024-cü il üzrə ilk “Startap” şəhadətnamələri 7 KOB subyektinə təqdim edilib. Bununla da indiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə verilmiş “Startap” şəhadətnamələrinin sayı 130-a çatıb.

“Startap” şəhadətnamələri fərdi sahibkar Nigar Novruzzadənin incəsənət əsərlərinin satışı üçün onlayn platforma, “Cybersign” MMC-nin kibertəhlükəsizlik sahəsində onlayn xidmətlər, “Oneplusone” MMC-nin həvəskar idmançılar üçün onlayn platforma, “Eattable” MMC-nin onlayn restoran tövsiyə və rezervasiya platforması (mobil tətbiqi), “İni.az” MMC-nin logistika şirkətləri üçün ixtisaslaşmış proqram təminatı, “Food Lab” MMC-nin restoran idarəetmə platforması və fərdi sahibkar Şəmistan Əlizadənin şagirdlər üçün oyun əsaslı onlayn təhsil platforması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img