Çinli DeepSeek Janus Pro şəkil yaradan modellərini təqdim edib

TechCrunchThe Verge yazır ki, bu multimodal modellər şəkilləri analiz edə və yenilərini yarada bilir. Modelin ölçüləri 1 milyarddan 7 milyard parametrlər arasında dəyişir. Açıq mənbə koduna malik olan Janus Pro, Hugging Face platformasında yerləşdirilib. Eyni zamanda, modelin pulsuz demo versiyası da mövcuddur.

Janus Pro yalnız 384 x 384 pikselə qədər çözünürlükdə şəkilləri analiz və generasiya edə bilir. Bu məlumatı Reuters yayıb və qeyd edib ki, bu model DeepSeek-in 2024-cü ilin sonunda təqdim etdiyi Janus-un yenilənmiş versiyasıdır. Şirkət açıqlayıb ki, yeni model təkmilləşdirilmiş öyrənmə prosesləri, daha yüksək keyfiyyətli məlumat və böyük model ölçüsü sayəsində əvvəlki versiyanı üstələyir.

“Az əvvəl Janus-Pro-7B ilə tennis topuna bənzəyən quş şəkli yaratmağa çalışdım, alınan nəticə belə oldu.” Mənbə: Alex

Şirkətin məlumatına görə, GenEvalDPG-Bench testlərində Janus-Pro-7B, Stable Diffusion 3 Medium və OpenAI-dən DALL-E 3 modellərindən daha yüksək nəticə göstərib.

DeepSeek ətrafındakı ajiotaj davam edir
27 yanvar 2025-ci ildə startapın tətbiqi ABŞ App Store-da ən çox yüklənən pulsuz tətbiqə çevrilib və OpenAI-nin ChatGPT-ni ikinci yerə sıxışdırıb. Bunun ardınca bəzi istifadəçilər nasazlıqla qarşılaşıb, İT şirkətlərinin səhmləri kəskin şəkildə enib və DeepSeek istifadəçi qeydiyyatını kiberhücum səbəbindən məhdudlaşdırıb.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img