Bitkoini kəskin bahalaşdıran nədir?

Bu il dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti son 3 ildə ilk dəfə 57 min ABŞ dolları keçdi, hazırda isə qiymət 56,2 min ABŞ dolları civarındadır.

Son nəticədə onun bazar kapitallaşması 1,1 trilyon ABŞ dollarına yüksəlib.

Kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev hesab edir ki, qiymətin birdən-birə xeyli yüksəlməsinin səbəbi bir sıra fondların və korporativ şirkətlərin bitkoinə investisiya qoyuluşunu kəskin artırmasıdır. Başqa sözlə, bazara nəzərəçarpacaq dərəcədə vəsaitin daxil olması bahalaşmaya stimul verib.

“Bu ilin aprel ayında “bitcoin halving” (kriptovalyuta şəbəkəsində yaradılan hər bloka görə mükafatın azalması) hadisəsi gözlənilir. Tarixi statistik məlumata əsasən, BTC-nin qiyməti həmişə halvinqdən bir neçə ay əvvəl artmağa başlayıb və növbəti tarixi maksimuma yüksəlib. Daha bir səbəb, ABŞ Federal Ehtiyatlar Sisteminın (FED) uçot dərəcəsini vaxtından əvvəl endirəcəyi ilə bağlı gözləntilərin artmasıdır”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, bitkoin yeni “buğa dövrü”nə daxil olur: “Bitkoinin tarixi maksimum qiymət səviyyəsi olan 69 min ABŞ dollarına qədər artımını hədəflədiyini müşahidə edirik. Lakin hesab edirəm ki, bitkoin yaxın zamanda 57,9 min və 58,2 min ABŞ dolları hədəfləri keçməlidir ki, növbəti tarixi maksumum qiymətini yeniləyə bilsin”.

“Bundan əlavə, qorxu və xəsislik indeksi (“Fear & Greed Index”) hazırda 79 bənd səviyyəsindədir və bu faktor investorlar arasında yüksək səviyyədə alış təzyiqi olduğunu göstərir. Adətən bu göstərici 90 bənddən çox olduqda, iri investorlar satış edirlər”, – deyə E.Quliyev əlavə edib.

spot_imgspot_img

Oxşar xəbərlər

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!

ABB və AZAL səyahətsevərlər üçün unikal bir məhsulu —...

Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir

Azərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha...

“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

Bir poçt müştərisi poçt şöbəsinə yaxınlaşmadan onu maraqlandıran bir...

Azərbaycanda kriptovalyuta əməliyyatlarının həcmi 4,4 milyard dollara çatıb

Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə çatıb. Məlumata görə,...

Lojistika fintexi Kamyonda PARS VC-dən investisiya alıb

Kamyonda bütün bankların POS cihazlarını tək bir tətbiq vasitəsilə birləşdirərək...
spot_img