Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib.

Coinmarketcap-ın toplanmış məlumatlarına əsasən, bitcoinin məzənnəsi 64,74 min dollar təşkil edir. Sutka ərzində qiymət demək olar ki, 9% ucuzlaşıb.

Bitcoinin məzənnəsi sonuncu dəfə 70 min dollardan aşağı 2024-cü ilin noyabrının əvvəlində — ABŞ prezident seçkilərində Donald Trampın qələbəsindən sonra düşmüşdü.

2025-ci ildə kriptovalyuta bir neçə dəfə qiymət rekordları müəyyən edib. Oktyabrda pik həddə qiymət 126 min dollara çatmışdı, lakin daha sonra enməyə başladı.

Bloomberg-in sorğu keçirdiyi analitiklər bazarda “etimad böhranı”ndan danışırlar. Onların sözlərinə görə, fond bazarlarındakı qeyri-sabitlik fonunda investorlar “bitcoinin sığınacaq aktiv kimi rolu”na şübhə etməyə başlayıblar.

Bitcoinin ardınca digər kriptovalyutalar da ucuzlaşır. Ethereum — 7,95%, BNB — 9,8%, XRP — 14,2%, Solana — 7,2%. Agentliyin istinad etdiyi Coinglass məlumatlarına görə, son sutka ərzində investorlar müxtəlif kriptovalyutaları təxminən 722 milyon dollar məbləğində satıblar. Bütün kriptovalyuta bazarının kapitallaşması 2,3 trilyon dollara enib.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img