Birmarket-dən alışlar 2 dəfə artıb, bu il 1 milyondan artıq sifariş həyata keçirilib

“Təkcə bu il Birmarket tərəfdaşlarla birgə 1 milyondan artıq sifariş həyata keçirilib, ötən illə müqayisədə alışlar iki dəfə artıb, təkrar müştəri alışları isə hər ay böyüyür”.

Bunu Birmarket-in Baş İcraçı Direktoru Rauf Qulaməliyev bildirirb. O qeyd edib ki, artıq Birmarket Bir ekosisteminin bir hissəsidir:

“Bu o deməkdir ki, tərəfdaşlarımız da bu sistemin iştirakçısıdır və onun imkanlarından yararlanırlar. Artıq Birmarket məhsul təklifləri 4 milyondan çox aktiv müştəri bazası olan Birbank tətbiqində yer alır. Alıcılar sərfəli şərtlərlə platforma üzərindən kredit əldə edirlər. Ödənişlər BirBonus proqramı ilə edilə bilir və müştərilər həm alışa görə, həm də ödənişdən bonus qazanır. Bütün bu imkanlar bizim tərəfdaşlarımız üçün qurulub”.

Rauf Qulaməliyev əlavə edib ki, Birmarket biz həm alıcılar, həm də satıcılar üçün yeniliklər edir:

“Yeni satıcı kabineti, hansı ki, satıcılara platformaya birbaşa qoşulmaq imkanı yaradır. Kabinetdə məhsul çeşidi və qiymətləri idarəetmə alətləri, təkmilləşdirilmiş müştəri yolu və ən vacibi gücləndirilmiş çatdırılma xidməti. Bütün bu görülən işlər artıq müsbət nəticələr verir. Birmarket-in bu gün 1 500-dən çox “gəl al” məntəqəsi var. Biz sözün əsl mənasında müştəriyə daha da yaxınlaşmışıq. Bu prosesdə təkcə platforma deyil, insanlarımızla da ticarətçinin yanındayıq”.

Qeyd edək ki, Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir Ekosistem “Birbank”, “m10”, “MilliÖn”, “Birmarket”, “BakıKart” və “Trendyol Azərbaycan” kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img