“Birbank”da Ani Ödənişlər Sistemi ilə köçürmə mümkün olacaq

“Kapital Bank” ASC-nin “Birbank” mobil tətbiqində Ani Ödənişlər Sistemi (AÖS) ilə köçürmə etmək imkanı yaradılıb.

Bu funksionalın yaradılması nəticəsində “Kapital Bank” ASC-nin müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN kodu vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanını əldə edirlər.

Eyni zamanda, “Birbank” mobil tətbiqi vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirmiş istifadəçilər “Kapital Bank” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN kodu ilə köçürmələri qəbul edə biləcəklər.

Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı, VÖEN və s.) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

Google-dan süni intellekt dəstəkli geyim sınağı tətbiqi: Doppl

Google-un yeni tətbiqi Doppl, istifadəçilərə geyimləri rəqəmsal olaraq üzərlərində...

Çin şirkəti JD.com yemək çatdırılmasında pulsuz zibil çıxarma xidməti test etməyə başlayıb

Bununla şirkət “dolğun” bazarda payını geri qazanmağa çalışır. Hazırda...

Çin marketplace-i Poizon qlobal ekspansiya çərçivəsində Rusiya bazarına daxil olduğunu təsdiqləyib.

Birbaşa təchizatların Rusiyaya başlanması barədə məlumatı nəşrin mənbələri 19...

Apple, X və Airbnb stabilkoinlərin inteqrasiyasını maliyyə tərəfdaşları ilə müzakirə edir – Fortune

Fortune verdiyi məlumata görə, bu texnologiya nəhəngləri “tranzaksiya xərclərini...
spot_img