Birbank-la hər gediş 20% keşbek qazandırır

Ölkənin ilk rəqəmsal bankı Birbank ictimai nəqliyyatdan istifadə edən müştərilər üçün yeni kampaniyaya start verib.

Belə ki, “BakıKart”ın QR ödənişlərini Birbank mobil tətbiqində Birbank kartları ilə edən müştərilər hər gediş üçün 20% keşbek qazanırlar. 25 sentyabr tarixinədək davam edən kampaniya həm debet, həm də taksit kartları ilə edilən ödənişlərə şamil edilir. Birbank Miles və Birbank Umico bonus kartları isə sahiblərinə kartın verdiyi mil və bonuslardan əlavə 20% keşbek qazandırır.

Ətraflı məlumat üçün: https://kbl.az/bkpr

Xatırladaq ki, Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün Birbank mobil tətbiqində “Ödənişlər və köçürmələr” bölməsinə daxil olaraq BakıKart-ı seçmək lazımdır. Daha sonra ödəniş ediləcək kart və məbləği seçib QR bileti yaratmaq olar.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

spot_imgspot_img

Oxşar xəbərlər

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...

“PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bank sektorunda...

iyzico ilə Paynet-in birləşməsi tamamlanıb

iyzico-nun Paynet-i satın almasından sonra iki şirkətin birləşmə prosesi...
spot_img