Birbank Biznes, gömrük bəyannaməsi əməliyyatları üçün yeni həllər təklif edir.

Xarici köçürmə əməliyyatlarının optimallaşdırılması istiqamətində Birbank Biznes mühüm yeniliklər tətbiq edib. Bu yeniliklər sayəsində müştərilər göstərilən xidmətlər və alınan malların ödənişlərini daha rahat və sürətli şəkildə həyata keçirə biləcəklər. İdxal və ixrac əməliyyatlarında yer alan avans və yük gömrük bəyannamələrinin (YGB) ödəniş prosesi daha sadələşdirilmişdir.

Artıq müştərilər Dövlət Gömrük Komitəsinin səhifəsinə daxil olmadan birbaşa Birbank Biznes platforması üzərindən gömrük avans kodu yarada bilirlər. Bu xidmət ölkəmizdə ilk dəfə tətbiq olunub və məhz Birbank Biznes tərəfindən təqdim edilib. Bundan əlavə, müştərilər avtomatik şəkildə gömrük avans kodu məlumatlarını dolduraraq əldə edə bilərlər ki, bu da məlumatların əl ilə daxil edilməsini minimuma endirir və səhv ehtimallarını aradan qaldırır.

Yenilənmiş köçürmə sistemi müştərilərə YGB nömrəsini əlavə etməklə müqavilə məlumatlarına, YGB-nin ümumi dəyərinə və qarşı tərəf haqqında ətraflı məlumatlara sürətli çıxış imkanı yaradır. Bu xüsusiyyət müştərilərə ödəniş etmək istədikləri YGB üzrə ən son məlumatları əldə etməkdə və ödəniş prosesini avtomatlaşdırmaqda kömək edir.

Həmçinin, müştərilər idxal-ixrac əməliyyatlarında avans və uyğun YGB məlumatlarını, ödənişlərin statusunu izləyə bilərlər. Dövlət Gömrük Komitəsi sistemində yaradılan avans ödənişləri barədə məlumatlar avtomatik olaraq müştərilərə təqdim olunur və ödənişlər məsafədən idarə edilə bilir.

Ətraflı məlumat üçün: https://kbl.az/bbpraka

Əlavə suallar yaranarsa, Birbank Biznes müştəriləri canlı çat vasitəsilə də dəstək ala bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img